“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” – Deputat Elşən Musayev yazır...
A A A
02/13/2019
Oxunma sayısı : 731


Elşən Musayev, Milli Məclisin deputatı


Artıq həftə tamamıdır ki, Makronun saxta “erməni soyqırımı”nın xüsusi qeyd günü ilə bağlı təklifi dünya mediasında müzakirə olunur. Adam Qərblə miqrant anlaşılmazlığı fonunda qarşı tərəfin yedəyi - “sarı jiletlilər”in cənginə necə keçibsə saman çöpündən belə yapışmağa, fikir yayındırmağa məhkumdur. Bu səbəbdən siyasi panika başlayıb, açıq mərkəzdənqaçma sindromları göz oxşayır və məlum məqamda Makron niyəsə elə düşünür ki, Türkiyə boyda qüvvəni, bütün türkdilliləri, türksoyluları rəsmən provokasiyaya çəkərək, bu saxta altşüur məhsulunu heç gərəkmədik yerdə müzakirə predmeti edərək hədəfinə çatacaq.

Fəqət, bizim təbirimizcə - heç gərəkmədik yerdə!

Fransa parlamenti hələ 2011-2012-ci illərdə bu saxta iddia ilə bağlı qanun layihəsini müzakirəyə çıxaranda da ortalıq aktiv siyasi ab-havaya qərq olmuşdu. Qarşıdan prezident seçkiləri gəlirdi və Sarkozi yeni həmlələr çabasında idi. O zaman da Parisin düz mərkəzində düzənlənən ardıcıl terrorlar, sosial – mədəni islahatlarla bağlı aksiyalar, inqilab qışqırtıları təxminən bənzər mənzərəyə köklənmişdi. Müxalif rəqib Fransua Olland isə deyirdi ki, seçkidə qalib olsa Parisdə “erməni soyqırımı” – memorial muzeyini yaradacaq. Əlqərəz, üzdəki platformaların əhəmiyyətli hissəsi bəlli mövzudan qidalanırdı. Sanki “kim daha yaxşı ermənipərəst mövqe sərgiləyə bilər”- yarışması başlanmışdı və...elə qəribə olan da budur: fransız liderlərin siyasi çuxura düşdüyü anda TÜRK əsəbi ilə oynamaqdan, Türk adi ilə süni çaxnaşma yaratmaqdan savayı düşündükləri olmur. Sanki başqa xilas elementi yoxmuş kimi...
Nə matahmış amma, bu erməni...

İndi də hədəf olaraq Ərdoğan Türkiyəsi seçilib. O Ərdoğan ki, ölkəsini illər sonra dünyanın üçüncü gücü kimi siyasi üfüqə çıxarmağı bacarıb, Avropanın, Qərbin yerində oturDULMALILARInı bir, bəzənsə yarım kəlmə ilə susdurub, oturdub. O Ərdoğan ki, yürütdüyü müstəqil siyasət qarşılığında 50 yadelli qurumun birgə hazırladığı çevriliş planından, killer həmləsindən xalqın gücü və iradəsi ilə qurtulub. O Ərdoğan ki, “erməni soyqırımını” iddia edənlərə müraciətən ən ədalətli təklifdə bulunub ki, tarixçilərdən ibarət müstəqil ekspert qrupu yaradılsın, soyqırım müzakirəsini də yalnız tərəflər deyil, həm də tərəfsizlər aparsın. O Ərdoğan ki, Azərbaycan aşiqidir, Qarabağ sevdalısıdır, Parisin, Strasburqun, Bordonun ən iri tutumlu salonlarında uca səslə erməni qəsbkarlarını ifşa edib, Xocalıya ədalət tələb edib. Və nəhayət o Ərdoğan ki - diqqət yetirdiyiniz anda görərsiniz – ixtiyari dəyirmi masada anti-türk simalardan ən uzaq məsafə haradırsa – orada əyləşir, orada qərarlaşır, hətta...sammitlərin birində + futbol üzrə dünya çempionatı ərəfəsində qılığa girmə amaclı Markronun: “Finalı bərabər izləyək” – təklifinə belə uzaqgörən siyasətçi zehniyyəti ilə: “Mənim futbol izləyəcək qədər zamanım yoxdur, daha vacib işlərim var” - cavabını verir...
Əsl gerçək isə Ərdoğanın futbola deyil, məhz Makronun özünə təhəmmülünün olmamasıdır.

***

Fransada təkcə soyadını dəyişməmiş 500 min erməni var. Ümumilikdə isə daha çox - az qala öz paytaxtlarındakı qədər. Yəni, burada söhbət bir tək lobbidən deyil, həm də vətəndaşlıq statusu ilə aktiv seçki hüququ qazananlardan gedir. Lobbi fəaliyyəti isə qeyri-ermənilər üzərindən aparılır. Əsasən siyasi kuluarlarda. Ermənilər Qərb və Avropa regionunda saxta təbliğat məqsədilə daim lokal-siyasi dairələri hədəfləyib: Konqresi, Senatı, Avropa Şurasını, BMT Nümayəndəliyini və s. Hətta bunu prioritet formaya, estafet xəttinə belə salıblar. Məsələn, bir erməni öz biznes dövriyyəsini genişləndirmək əvəzinə Konqres, Senat seçkilərində şanslı olan namizədin təbliğatına pul qoymağı daha üstün sayır. Ki, sabah yeni-yeni Kozlariçlər, Elena Teoxaruslar, Yorqaz Perdikslər yetişsin, istifadəyə yarasın. Nə təəssüf, yaradıqları da dəqiqdir. Etirafı acı olsa belə.

***

Təbii, Türkiyəyə qarşı Haaqa formatlı tribuna yaratmağa, ona kompensasiya ödətməyə müvəffəq olmayacaqlar. Zatən özləri və ilhamvericiləri də etiraf edirlər ki, əsas hədəf Avropa Birliyi yolunda Ərdoğana əngəl yaratmaqdır. Amma bu “fikir dağarcıqları”nın umurunda belə deyil ki, qarşı tərəfdə sübutuna çoxdan varmış əsl həqiqət, əsl Türk faciəsi - Xocalı soyqırımı var. Danışılmalı mövzu bax budur. O mövzu ki, saxta “erməni soyqırımı”ndan fərqli olaraq dünyanın nəhəng parlamentləri tərəfindən tanınıb, hüquqi olmasa da siyasi qiymətini alıb. O həqiqət ki, Dağlıq Qarabağ probleminin varlığından köz götürüb və bu gün onun həll edilməsi kontekstində əlaqələndiriciliyə məsul həmsədr dövlətlərdən biri də məhz Fransadır! Bəli, paradoksdur – amma faktdır. Təxminən Nalbandyanın Fransada uzun illər səfir işləməsindən, daha dəqiqi erməni xisləti azmış kimi bir də fransız “təkamülü” keçməsindən sonra danışıqlarda özünü ədalət, güzəşt, kompromis mücəssiməsi kimi göstərməyə çalışması kimi absurd bir fakt. Üstəlik, abstraktlıqdan çıxdığı zaman heç bir sinxronizəyə sığmayan qorxunc fakt!

***

Ölkədə hətta diplomatik pasport daşıyanların ailə üzvlərinə belə vizanı 2 həftəyə verərkən, Leyla Yunus, Arif Yunus üçün bu sənədi 17 dəqiqəyə təşkil edən ölkə - Fransa. Qənimətin, Vidadi yaramazın sığındığı, hüquq məsuliyyəti daşımadığı ölkə - Fransa. Öz “sarıjiletlilərinin” dərdini çəkmək əvəzinə həmin darmacalda bizlərə Mehman Hüseynovla bağlı “məsləhət” verməyi unutmayan ölkə – Fransa. Milli münaqişələr zəminində hər kəs üçün “səs qalxımı” embarqosu tətbiq edərkən Strasburqda, Avropa Şurası binasının düz önündə erməni, kürd aksiyaçılarına rahatca şərait yaradan ölkə – Fransa. ATƏT-in Minsk Qrupunun həmsədri olub o biri başdan öz şəhər merini, bələdiyyə rəhbərini işğal altında olan Dağlıq Qarabağa səfərə göndərən ölkə – Fransa. Hətta milli Türk brendinə belə qısqanclıqla yanaşıb, patent hüququna göz yumub Paris küçələrində erməni loqolu dönərxanalar, künefe evləri açan ölkə – Fransa. “Beşlik ölkəsiyəm”, “demokratiya carçısıyam” deyib də yüz qanlı münaqişədə, milyon qarşıdurmada beşcə yaralı barmağa yod sürtməyən ölkə – Fransa....

***

Təbii, “söyüş müxalifəti”nin mərkəzi qərərgahı da “məntiqlə” burada olmalı idi. Olub da.

Vidadikimilərə isə öncədən başa salıblar ki, sizin kimi ünsürlər üçün xaricdə oturum izni əslində təlimatçıların, təşviqedicilərin qucağında oturmaq iznidir. Siz ancaq tapşırıq qulusunuz, verilən əmrləri icra etməlisiniz, hakimiyyəti, Azərbaycanın dəyərli insanlarını hədəfə alıb təhqir etməlisiniz və yalnız sadalanan icraatın müqabilində təhlükəsizliyiniz təmin ediləcək. Bax, buna görə arxayındırlar. Buna görə rahatdırlar. Buna görə diz üstündən ağıl üstünə dığırlanmaq istəmirlər. Buna görə şəxsiyyətlərini, namuslarını hərraca çıxarıblar...Həm də böyük məmnuniyyətlə! Hər halda, başqa cür olsaydı bircə dəfə dillərinə, ağızlarına Qarabağ adı alardılar, yarım dəfə elə qaldıqları komadan, çuxurdan başlarını kənara çıxarıb saxta “erməni soyqırımı”na etiraz edərdilər, Xocalı qətliamından danışardılar, ortaya əks-arqument qoyardılar, azərbaycanlı, türk adına layiq davranardılar, mental dəyərləri çeynəməzdilər. Amma yox, ssenari başqadır: cızıqdan çıxmaq olmaz. Hədəfdə Azərbaycan hakimiyyəti olmalıdır. O hakimiyyət ki, illərdir bir fövqəldövlətin, bir beynəlxalq gücün, bir təşkilatın qarşısında boyun əymir, əyməyib, bundan sonra da əymək fikri yoxdur!

“Söyüş müxalifəti”nin manqurt simaları, züy tutanları isə qulaqlarındakı üçüncü deşiyə bu deyəcəyimi sırğa etsinlər: İlham Əliyev indiyə qədər milyon belə qara ssenarini nəinki dəf, hətta ifşa etməyə nail olub. Xalqın dəstəyi və şəxsi iradəsi ilə. Yol yenə həmin yoldur – xalqa sığınmaq, ona güvənmək yolu!

Vətən xainlərini isə bir gün yerin deşiyindən də olsa tapıb, gətirib, məhkəməyə təslim edəcəklər.

Fəqət, ekstradisiya formasında deyil, karqo ilə. Paket içində.

İnsanlıqdan uzaq, hissiyyatsız, mənəviyyatsız, gönüqalın ƏŞYALARIN tək daşınma yolu budur – ona görə...

 


ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12