“Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi.
A A A
02/14/2019
Oxunma sayısı : 1409

|

“Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzində “Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi.

        Açılış mərasimində “Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, Azərbaycanda Qadın Sahibkarlağının İnkişafı Assosiasiyasının sədri, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Ulduz Babayeva, “Tovuz Baltiya LTD”-nin icraçı direktoru Günel Məmmədhəsənova, “Karvan L MMC”-nin icraçı direktoru Rəna Qəfərova   “Müasir Azərbaycan Qadını - 4” layihəsinə müsabiqədən keçən qadınlar iştirak ediblər.

          İlk öncə layihənin açılışını edən “Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova qeyd etdi ki, “Müasir Azərbaycan Qadını - 4” layihəsi mart ayının 9-nə qədər davam edəcəkdir. Layihənin bağlanış mərasimi Ağdam şəhərində keçiriləcəkdir. Daha sonra açılış mərasiminə dəvət edilən qonaqları təqdim edən T.Məmmədova bugünki mövzunun “Qadın və sahibkarlıq” mövzusu olduğunu iştirakçılara elan etdi.

         Daha sonra qonaqlar qadınları maraqlandıran sualları cavablandırdılar və öz həyat hekayələrindən bəhs etdilər. Natiqlər qeyd etdilər ki, Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş  və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir.

           Tədbir layihəyə qatılan qadınlarda xoş əhval yaratdı və tədbir gözəl anlarla yekunlaşdı.

 

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24