“Əli Kərimlinin fərarilik edən oğlu ilə bağlı statusumu 130 min adam oxuyub"
A A A
02/14/2019
Oxunma sayısı : 2128
“Bu gün “söyüş kampaniyası”nı davam etdirən və Avropa oturan bəlli insanlar mənəviyyatca çox kasad, əxlaq normalarına riayət etməyən dəyərləri ölmüş adamlardırlar. Burada konkret olaraq bir neçə şəxslər var. Orduxan Teymurxan, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli, İnqilab Kərimov , Tural Sadıqlı və digərlərini buna şamil etmək olar. 

Çünki normal mənəviyyata sahib olan, ailə tərbiyəsi görmüş bir şəxsiyyət heç bir halda kiminsə ailəsi haqqında təhqir işlətməz. Bizim mental dəyərlərimiz var”. Bunu QHT.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini , tanınmış QHT sədri, istimai fəalNiyaməddin Orduxanlı deyib.

BAXCP rəsmisinin sözlərinə görə, min illərdir formalaşmış Azərbaycan xalqının, türkünün, kişisinin dəyərləri var: “Bu dəyərlər hər zaman qorunur. Dini, milli və kimlik baxımından bunlar toxunulmaz sayılır. Amma sözügedən insanlar məqsədli şəkildə aldıqları təlimat əsasında bilərəkdən bu cür “söyüş kampaniyası”nı həyata keçirirlər ki, insanların gözü qarşısında qorxu, xof yaratsınlar. Siz fikir verin ki, bu adamlar kimə qarşı bunu istifadə edirlər. Dövlət maraqlarını müdafiə edən, cənab Prezidentə sədaqətli olan, daim milli maraqları müdafiə edən şəxslərə, partiya sədrlərinə, ölkə başçısının komandasında olan komanda üzvlərinə, ziyalılara, deputatlara və s. qarşı “söyüş kampaniyası” aparırlar. Onlar məqsədli şəkildə bu adamlara qarşı bu cür iyrənc mövqe tuturlar ki, dövlət maraqlarını müdafiə edən adamlar az olsun. Qorxu imicini möhkəmləndirmək üçün bu cür mənəviyyatsızlığa yol verirlər. Heç bir insan başqa bir kimisə təhqir etməməlidir. Bu təhqirlərə məruz qalan insanlardan biri də mənəm. Çünki mən sosial şəbəkədə minlərlə insanla işləyirəm və öz mövqeyimi açıqlayıram.

Mən “facebook”da Prezidentin oğlunun hərbi xidmətdə olan fotosu ilə əsgərlik yaşı çatmış, amma hərbi xidmətə getməyən AXCP sədrinin oğlunun şəklini müqayisə edib yaymışam. Mənim həmin statusumu ilk olaraq Axar.az saytı xəbərə çevirdi. Bundan sonra Azərbaycan mətbuatında informasiya olaraq onlarla internet mediada dərc edilib. Mətbuatda oxunma sayını qısa müddətdə 130 mindən artıq idi. Bu yazı mətbuat üzərindən artıq xeyli yayılıb. Facebook da geniş yayıldı. Əli Kərimlinin trolları mənə qarşı qeyri-etik rəylər yazanda xeyli sayda insanlar yazdı ki, Niyaməddin Orduxanlı düz yazıbdır, faktı göstəribdir. Mən sadəcə olaraq həqiqəti yaymışdım. Əli Kərimlinin oğlu fərrarilik etməklə məşğuldur. Əli Kərimli isə aldatdığı gənclərdən istifadə edərək özünün siyasi məqsədlərini həyata keçirmək istəyir. Əli Kərimlinin oğlunun 28 yaşı var, amma gəlib əsgərlik borcunu yerinə yetirmir. Axı sənin oğlun kimdən artıqdır. Ona görə də məni saxta profillərlə “söyüş kampaniyası”na tutdular. Onlar bunu planlı şəkildə edirlər. Bu gün o təhqirə ən ağır formada məruz qalan da məhz “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyevdir. Onu məqsədli şəkildə çəkindirmək istəyirlər ki, dövlət maraqlarını müdafiə edən, Prezidentin mövqeyini müdafiə edən yəni ölkə başçısına sədaqətli olan adamlar bu cür təhqirlərə məruz qalsınlar. Eləcə də onlar Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənova qarşı bu cür iyrənc yollara əl atırlar. Onların məqsədi sadəcə olaraq insanlar arasında xof yaratmaqdır”.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12