QHT rəhbərləri arasında qarşıdurma: Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb?
A A A
02/15/2019
Oxunma sayısı : 3863

|

Türkiyənin Kahramanmaraş şəhərində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə salınmış Xocalı Parkı və “Ana fəryadı” abidəsinin açılış mərasimi “iddiaların toqquşması” ilə yadda qalıb.

QHT.az  Yenicag-a istinadən   xəbər verir ki, Kahramanmaraşda Xocalı Parkının salınması ideyasının təşəbbüskarı olan Kahramanmaraş – Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Tural Şahbazlı özünü “Facebook” səhifəsində Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədr müavini Rasim Məmmədovu gerçəkləşdirilmiş işləri öz adına çıxarmaqda suçlayıb.

Şahbazlının yazdığına görə, Məmmədov Xocalı Parkının açılış mərasimində ona qarşı sabotajla məşğul olub:

“Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi sədrinin müavini cənab Rasim Məmmədov bu gün Kahramanmaraşda qonaq idi.

Kahramanmaraşın Böyük Şəhər Bələdiyyəsi və Azərbaycanımızın diaspora təşkilatı olan Kahramanmaraş Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin əməkdaşlığı sayəsində Xocalı Parkı və “Ana fəryadı” abidəsinin açılışını etdik.

Tədbir boyunca bizi təcrid edən, mən çıxış üçün duran kimi protokolda yerimi Ramiz Quliyevə verən, daha sonra proqram ardıcıllığını pozan cənab Rasim Məmmədova təşəkkür edirəm.

O parkla bağlı sənədi paylaşıram, bizim dərdimiz reklam deyil, Vətəndir.
Qoy adımız heç yerdə olmasın, Tarix bizi, əlbəttə, Yazacaqdır”.

Şahbazlının bu statusuna əlavə olaraq yerləşdirdiyi fotosənəddən də aydın görünür ki, Tural Şahbazlı 2015-ci il yanvarın 20-də Xocalı Parkının salınması təklifi ilə Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinə müraciət edib.

Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin Şahbazlıya göndərdiyi cavabda isə onun təşəbbüsünün 2019-cu il yanvarın 3-də müzakirə olunduğu, yanvarın 14-də isə şəhərdə Xocalı parkının salınması haqqında qərar qəbul edildiyi bildirilib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12