“ART-Motiv” layihəsi təqdim edildi - FOTOLAR
A A A
02/15/2019
Oxunma sayısı : 2432

|

Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni bir layihəyə start verdi.

QHT.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada baş tutan layihənin təqdimat tədbirində ziyalılar, yazıçılar, elm adamları, vətəndaş cəmiyyətinin ictimai fəalları, jurnalistlər, mətbuat nümayəndələri, müəllimlər, tələbələr iştirak edirdilər.

Tədbiri giriş sözü ilə professor Buludxan Xəlilov açdı. O, ART-Motiv adlanan bu layıhənin Azərbaycanda bir ilk olduğuna diqqəti çəkərək dünya ədəbiyyatının motivasiyaedici nümunələrinin - Qabriel Qarsia Markezin “ Vida məktubu”, Maxatma Qandinin ”Dua”, “Avraam Linkolnun oğlunun müəlliminə məktubu”, Antuan de Sent Ekzüperinin “Dua” və s.) daha yaxından tanıdılması və sevdirilməsi ilə yanaşı, yaş həddi olmadan hər kəsin, xüsusilə formalaşmaqda olan gənclərin mənəvi dünyasının daha da zənginləşməsi üçün nəzərdə tutulduğunu qeyd etdi. Belə nümunələrin cəmiyyətdə oynayacağı rolun böyüklüyündən danışdı.

Daha sonra layihənin ideya müəllifi və rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli söz alaraq əsas məqsədin yeni texnoloji imkanların və effektlərin qazandırdığı üstünlüklərdən yararlanaraq təqdim olunan nümunələrin təsir gücünü bir qədər də artırmaq, bununla da cəmiyyətin hər bir üzvünün həyata baxışlarının daha aydın, daha işıqlı, daha keyfiyyətli, cəmiyyətin və dövlətimizin maraqlarına uyğun olaraq daha pozitiv notlarda köklənərək ən doğru istiqamətə yönəlməsinə kömək etmək olduğunu vurğuladı.

Layihədə təqdim oluan video materialların texniki həllini həyata keçırən rejissor Namiq Zeynalov sözün, səsin və vizual effektlərin harmoniyasını necə yaratmağa çalışdığı barədə danışdı.

Layihənin 4 video materialının nümayişindən sonra çıxışlarda yer alan AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf, tanınmış şair- sosioloq Əhməd Qəşəmoğlu, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrail İsgəndərov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, filoloq Firudin Qurbansoy, jurnalist Zərnişan Turan , BDU-nun professoru Fəraət Əhmədova söz aldı.


Çixişçıların hər biri materialların təqdimat üslubunun çox təsirli olduğunu, məzmunun belə təqdimatda verilməsinin duyğu vasitələrinə xitab etdiyindən daha qalıcı və düşündürücü olduğu fikrini vurğuladılar. Mütaliənin gözəl bəhrələnmə mənbəyi olduğunu bilməyimizə rəgmən vaxt azlığının və texnoloji dövrün yaratdığı bəzi yaşam dəyişiklikləri dövründə dəyərli və eyni zamanda motivasiyaedici ədəbiyyat nümunələri ilə tanışlığın bu şəkildə həllinin tapılması çox təqdirəlayiq bir addım kimi dəyərləndirildi. Həmçinin yaradıcı heyəti bu təşəbbüsü dayanmadan inkişaf etdirməyə və bu materialların sayını daha da artırmağa səslədilər. Orta məktəbin ədəbiyyat müəllimi Həbibə Sarıbəyli yeniyetmələrin ədəbiyyata maraq və sevgisini artırmaq üçün məmnuniyyətlə bu materialların dərs prosesində tətbiqinə ilk olaraq başlayacağını və onun effektiv təsir yaradacağına indidən əmin olduğunu söylədi. Çıxışçılar, hər biri 3-4 dəqiqə olan bu video çarxların, mənəvi sağlam və düzgün həyat tərzinin aşılanması üçün çox gözəl bir töhfə olduğunu səsləndirdirərək ölkənin televiziya kanallartında yaymlanmasının labüd olduğunu xüsusi vurğuladılar.

Mirzə Ələkbər Sabir Fondu

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12