“Gəncləri” yola salmaq lazımdır
A A A
02/19/2019
Oxunma sayısı : 4537

Azər HƏSRƏT, [email protected]

Dedilər ki, qanunlar dəyişir. Qəbul edilərsə, bundan sonra yaşı 35-i keçmiş şəxslər gənclər təşkilatlarında yüksək vəzifə tuta bilməyəcək. Məncə, yaxşıdır. Özü də bunu çoxdan etmək lazım idi. Çünki 40-50 yaşında insanların gənclər təşkilatlarında vəzifə sahibi olması doğrudan da məntiqli və anlaşılan deyil.

Qəbul ediləcək qanunla bağlı mən də fikrimi bildirmişəm. Lakin məndən fərqli mövqedə olanlar da az deyil. Hətta bir qrup “gənc” Prezidentə müraciət edib bu dəyişikliyin olmaması üçün yardım istəyəcəyini də bəyan etmişdi. Belə anlaşılır ki, o “gənclər” ömürlərinin sonuna qədər gənclər təşkilatında vəzifədə qalmağı düşünürlər. Bəs onda ardımızca gələn gənclərə yolu kim açacaq? Bəs onda parlamentdə oturan yaşlı insanlara niyə irad tuturuq? Yaxud da niyə yaşlı nazirləri qınayırıq? Qınayırıq ki, gənclərin önünü kəsirlər. Çəkilib getsəydilər gənclər də öz potensiallarını gerçəkləşdirmək üçün meydan qazanardılar…

Dostlar, tutulan vəzifədən vaxtında çəkilməyi indidən öyrənmək lazımdır, indidən. Yoxsa sabah hansısa dövlət vəzifəsində olsanız kimsə sizi ordan qopara bilməyəcək. Çünki kresloya elə bağlanacaqsınız ki…

Mən də bir vaxtlar gənclər təşkilatı fəaliyyətilə məşğul olmuşam. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatında vəzifədə olmuşam. Lakin sonrakı mərhələdə “yaşlandım”, ümumiyyətlə gənclər fəaliyyətilə məşğul olmadım. Bununla belə, qurduğum və başçılıq etdiyim bir neçə QHT-nin sədrliyindən könüllü istefa vermişəm. Səbəb də bu olub ki, eyni vəzifəni uzun illər tutmağım doğru deyil, arxamca gələnlərə də şans verməyim lazımdır.

1997-ci ildə qurduğumuz və sədri olduğum Jurnalistlərin Həmkarlar İttifaqından 2002-ci ildə istefa vermişdim. Öz yerimə müvəqqəti olaraq müavinim Müşfiq Ələsgərlini təyin etmişdik, sonrakı mərhələdə sədr seçildi və bu günə qədər də sədrlik edir. Özü də uğurlu bir şəkildə. Yəni mənim təşkilatdan uzaqlaşmağım onun məhvinə səbəb olmadı.

2003-cü ildə Azərbaycan Mətbuat Şurası qurulanda İdarə Heyətinə seçilən ilk 15 nəfərdən biri idim. 2005-ci ildə könüllü şəkildə o qurumdan da getdim. Yerim boş qalmadı, əksinə, yeni insanlar ortaya çıxdı və o yeri layiqincə doldurdular.

2018-ci ildə isə şəxsi ideyam olan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədrliyindən istefa verdim. Ümumi yığıncaq o vəzifəyə təşkilatda mavinim olmuş Nadir Azərini seçdi və o da işinin öhdəsindən gəlir. Şəxsən mən düşünürəm ki, Nadir bəy dostumuz da Müşfiq Ələsgərli kimi uğurlu bir təşkilat sədri olacaq.

Hə, bir də belə bir əhvalat var: 2016-cı ildə Strasburqda (Fransa) Avropa Şurası Parlament Assambleyasının böyük zalında dünyanın hər tərəfindən gəlmiş 2 minədək iştirakçının müzakirə etdiyi gənclər məsələsinə münasibət bildirmişdim. Orda da hamı deyirdi ki, parlamentdə, dövlət qulluğunda gənclərə yol açmaq lazımdır. Mən də söz alıb çıxış etdim və zala sual verdim ki, burda bu məsələdən danışanların neçəsi öz vəzifəsindən imtina edib onu gənclərə verib? Çıxışımın belə bitməsi zaldakı gənclər ordusunun alqışlarıyla dəyərləndirildi. Orda da demək istəyirdim ki, gənclərə yol açmaq lazımdır. Hətta bunun üçün vəzifəmizdən çəkilməli olsaq belə. Şəxsən mən belə edirəm və bundan sonra da edəcəyəm.

İndi demək istədiyim odur ki, bizim “gənclər” də vəzifədən vaxtı çatanda könüllü getməyə alışmalıdırlar. Lakin anlaşılır ki, alışa bilməyiblər. Ona görə də dövlət məcbur qalıb özü addım atmaq istəyir. Bunlar da narahat olublar ki, vəzifələri əllərindən çıxacaq.

“Gənc” dostlar, cənab Prezidentə müraciət filan etməyin. Hətta deyərdim ki, gənclik yaşını arxada qoymusunuzsa, qanun filan gözləmədən özünüz istefa verin, yeni, fərqli və daha bir pillə yüksək məşğuliyyət seçin. Əgər sizin doğrudan da üstün qabiliyyət və bacarığınız varsa, özünüzü yeni məşğuliyyətdə də təsdiq edəcəksiniz. Hə, əgər “mən gənclər təşkilatından çıxsam bataram” deyə düşünürsünüzsə, buna da qarışa bilmərəm. Lakin bu halda da vəzifənizdə qalmağınız uyğunsuz olar. Çünki yaxşı örnək təşkil etmədiyiniz göz önündədir zatən. Özünə güvənənlər bu qanun dəyişikliyindən qorxmamalıdır…

ŞƏRHLƏR
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12