QHT FIFA-ya müraciət edib: "Xankəndində Avropa Kubokunun keçirilməsi qanunsuzdur
A A A
02/20/2019
Oxunma sayısı : 3934
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi FIFA-ya, Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasına və BMT-nin əlaqədar orqanlarına müraciət hazırlayıb. 
 
Qurumun sədri Ramil İskəndərlinin verdiyi məlumata görə, buna səbəb Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki Xankəndi şəhərində tanınmamış separatçı bölgələrini təmsil edən yığmalar arasında futbol üzrə Avropa Kubokunun keçirilməsidir. 
 
Müraciətdə bildirilir ki, bu cür tədbirlə ilk növbədə, BMT-nin tanıdığı bir neçə ölkəyə qarşı ərazi iddialarının ortaya qoyulması ilə yanaşı, xüsusən də yarışın Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi narahatlıq doğurur.
 
Bəyanatda Ermənistanın dəstəyi ilə keçiriləcək Avropa Kubokunun beynəlxalq hüquq prinsipləri və Azərbaycan qanunvericiliyinə zidd olması ilə bərabər, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik əlaməti olduğu vurğulanıb: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində qismən irəliləyişin müşahidə olunduğu zamanda, ATƏT Minsk Qrupu həmsədrlərin münaqişə tərəflərinin ölkə əhalisinin sülhə hazırlanması barədə söylədikləri fikirlərin fonunda bu cür təxribat xarakterli kütləvi beynəlxalq yarışın Azərbaycan dövlətinin razılığı olmadan işğal olunmuş ərazilərdə keçirilməsi Ermənistanın sülh niyyətli olduğuna şübhə yaranamasına dəlalət edir". 
 
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi Ermənistanın və Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasının bu cür təxribatçı fəaliyyətini qətiyyətlə pisləyib və əlaqədar beynəlxalq qurumlardan məsələyə münasibət bildirməsini tələb edib.
 
Qeyd edək ki, 2014-cü ildə İsveçin Ostersund şəhərində təsis edilmiş və heç bir dövlət tərəfindən rəsmi tanınmayan "Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası” (CONİFA) cari ilin iyununda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində, Xankəndi şəhərində tanınmayan separatçı bölgələr təmsil edən yığmalar arasında futbol üzrə Avropa Kuboku təşkil edəcək. Bu yarışda FIFA və qitə futbol qurumları, ö cümlədən, BMT tərəfindən tanınmayan separatçı bölgələr olan "Luqansk Xalq Respublikası”, "Laplandiya”, "Dağlıq Qarabağ”, Nitsa, Xameriya, "Abxaziya Respublikası”, Sardiniya, Padaniya və "Donetsk Xalq Respublikası”, "Qərbi Ermənistan”, "Cənubi Osetiya”nın iştirakı gözlənilir.

 Premyer.az 
 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12