Dini azadlıq, yoxsa dini təxribat komissiyası?
A A A
02/20/2019
Oxunma sayısı : 3609

Sahib Məmmədov



Bu barədə bir dəfə də illər öncə yazmışdım. Yadıma təsədfən düşmədi. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovun öz facebook səhifəsində dərc elədiyi yazısındakı bir "siyasətçi” haqqında "Suriyanın "inqilab təcrübə”sini idxal etmək istəyir” fikrini oxudum.


ABŞ Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının (USCIRF) bir qoca əməkdaşı var-Katerina Kosman. 1993-cü ildən tanışıq. Hətta ona 1996-cı ildə yazdığım bir kitabın (kitab deyəndə hardasa 100 səhifədən çox olardı) bir fəslini də həsr eləmişəm. İndi bu Katerina xanım məni beynəlxalq tədbirlərdə görəndə tez üzün çüvirib aradan çıxır. Bir dəfə gedib yaxaladım. Soruşanda ki, məni tanımırsan, deyir hə indi yadıma düşdü. Əslində o yaxşı bilir ki, mən onu yaxşı tanıyıram. Elə ona görə də məndən qaçır. Hərbi vəziyyət dövründə Polşada həmkarlar ittifaqı hərəkatına, əslində isə sosialızm sistemini dağıtmaq üçün yaradılan müxalifətə yardımları təşkil etmək üçün ABŞ da bir neçə təşkilat yaradılmışdı. Arxasında Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) dayansa da guya müstəqil qrumlar idi. Bunlardan Biri NED (National Endowment for Democracy) və İDEE ( Institute for Democracy in Eastern Europe) idi. Deməli bu NED-in bir qolu Amerika Beynəlxalq Əmək Həmrəyliyi üzrə Mərkəzi (American Center for International Labor Solidarity adlanırdı və bu xanım da orda çalışıb. Polşadakı hərəkata dəstək verib. Həmin vaxt mən də Polşada olasam da onunla tanışlığım 1993-cü ildə olub. O zaman mən Prezident Aparatındakı işimdən getmişdim. Hərəkat vaxtı dostlarla birgə yaratdığımız Neft və Qaz Sənayesi İşçilərinin Azad Həmkarlar İttifaqında işləyirdim. Sədrimiz də Mirmöhsün bəy (Əbülfəz Elçibəyin xanımının qardaşı) idi. O zaman bizim ittifaqa daxil olan bəzi həmkarlar təşkilatları tez-tez tətilllər edirdi. Niyəsi bir az uzun məslədir. Bir gün bir neçə nəfər ABŞ-dan gələn şəxs bizimlə görüşdü. Biri də bu xanım Kosman idi. Elan etdikləri məqsədləri bu idi ki, həmkarlar ittifaqı təşkilatları rəhbərlərinə (126 təşkilatı birləşdirirdik və 70 000 üzvümüz var idi) təlimlər keçmək istəyirik. O zamankı "Abşeron” otelində təlimlər başladı. Adı mövzular idi. Həmkarlar ittifaqlarını necə təşkil etmək olar? Kollektiv müqaviləri necə bağlamaq olar və s.


Sonradan hiss elədik ki, bu Katerina xanımın nə isə uzağa gedən məqsədi var. Çünki tez-tez gəlməyə başladı və iş o yerə çatdı ki, bizim fəallarla dostluq əlaqələri də qurdu, hətta bəzən həmkarlar fəallarının toy məclislərinə də gedirdi. Məqsədini dərindən bilməsək də, anlamağa başladıq ki, bunlar bizdən hökumətə qarşı istifadə etmək istəyir. O zaman neft kontraktlarının bağlanması ərəfəsində idik. Müxalifətçi olsaq da qərarlaşdıq ki, bu oyunlara getməyək. Hər dəfə xanımı yola verirdik. Sonradan bu xanımı Bob adlı bir Polşdakı inqilabda xüsusi rolu olan şəxs əvəz elədi. Katerina isə NED-in başqa qurumuna işləməyə getdi. Bob məsləsi bir ayrı tarixçədir onun burdakı fəaliyyəti və bu yazının məqsədi üçün əhəmiyyət kəsb etmir. Sonradan təcrübli kəşfiyyatçı xanım ABŞ Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasına ezam olundu. Bəzi islam ölkələrində, əsasən da Suriyada müxalifətçi dindarlar və onları müdafiə edən "hüquqmüdafiəçiləri” yetişdirilməsinə xüsusi "tövhə” verdi. Son illərdə bu xanımın əsas diqqət mərkəzində olan ölkələrdən biri də (məncə birincisi) Azərbaycandır. O bizdəki dindarları təriqətindən asılı olmayaraq israrla müdafiə edir, dindarları müdafiə edən "hüquqmüdafiəçilərinin” becərilməsinə xüsusi diqqət ayırır. Bəzən NED-in müxtəlif adlarla (Məslən: Söz azadlığına dəstək) verdiyi qrantlar əslində məhz dini qarşıdırma yaratmağa, təriqətlərarası ədavət toxumu əkməyə sərf olunur. Kontak yaratmaq üçün yaxşı "kontakt” yerləri də var.

ŞƏRHLƏR
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12