İpək Yoluna Dəstək Qrupunun toplansında mühüm qərarlar qəbul edilib
A A A
02/21/2019
Oxunma sayısı : 2981

|


Avstriyanın ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupundakı nümayəndə heyətinin təşkilatçılığı ilə fevralın 20-də Vyana şəhərində Qrupun tədbiri və 5-ci iclası keçirilib.
Tədbirə ev sahibliyi edən Avstriya nümayəndə heyətinin üzvü, İpək Yoluna Dəstək Qrupunun sədr müavini Roman Hayder bildirib ki, Avstriya tərəfi İpək Yolunun bərpası istiqamətində atılan addımlara xüsusi önəm verir və bu baxımdan ATƏT PA-da yaradılan Qrupda fəal iştirak edir. Bugünkü tədbirə Avstriya İnfrastruktur Nazirliyinin və Federal Dəmir Yolları konserninin ev sahibliyi ölkənin bu cür layihələrə verdiyi önəmi bir daha təsdiqləyir.

ATƏT PA-nın vitse-prezidenti və İpək Yolu Qrupunun sədri Azay Quliyev Avstriya tərəfinə və şəxsən Roman Hayderə bu tədbirin təşkili, göstərilən qonaqpərvərlik və sıx əməkdaşlığa görə minnətdarlığını bildirib: “Qeyd etmək istərdim ki, Qrupumuz tərəfindən Azərbaycanda keçən il Bakı Beynəlxalq Konfransı keçirilib. Hazırda biz Avstriyada bir araya gəlmişik, aprel və sentyabr aylarında Belarus və İsveçrədə beynəlxalq konfranslarımız keçiriləcək. Bu gün İtaliyanı üzvlüyə qəbul etməklə Qrupa üzv ölkələrin sayını 24-ə çatdıracağıq. Qısa müddət ərzində bu qədər tədbirlərin təşkili, üzvlərin sayının 17-dən 24-ə çatması, Berlində keçən il bununla bağlı ayrıca qətnamənin qəbulu bir daha onu göstərir ki, belə bir qrupun ATƏT PA-da yaradılması nə qədər vaxtında atılmış addımdır. Qrupa artan maraq onun çox uğurlu layihə olduğunu göstərir. Mən üzv ölkələrin parlamentlərinə, ATƏT PA-nın prezidentinə və baş katibinə bu təşəbbüsə verdikləri dəstəyə və göstərdikləri yüksək marağa görə təşəkkür edirəm”.

Qrupun qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəni vurğulayan ATƏT PA-nın prezidenti Georgi Tsereteli İpək Yoluna Dəstək Qrupunun iştirakçı ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını bildirib: “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu həqiqətən də qısa zaman ərzində çox böyük işlər görüb və Assambleyada ən böyük qrupa çevrilib. Şadam ki, həmkarım Azay Quliyev bu təşəbbüsü irəli sürməklə ATƏT PA-da fərqli və eyni zamanda, səmərəli dialoq platformasının ətrafına bizi toplaya bilib”. ATƏT PA-nın baş katibi Roberto Montella İpək Yoluna Dəstək Qrupunun genişlənən fəaliyyətini vurğulayıb, Qrupun gördüyü işi yüksək qiymətləndirib və belə tədbirlərin Parlament Assambleyasının ümumi işinə mühüm töhfə verdiyini qeyd edib: “Beynəlxalq katiblik olaraq belə bir qrupun yaradılması və fəaliyyətinin təşkilinə imkanlarımız və qaydalar çərçivəsində dəstək verməkdən məmnunuq. Parlament üzvlərinin ümumi maraqlar əsasında bir araya gəlməsi, əməkdaşlığı, dialoqu və mədəniyyətləri təbliğ etməsi və bununla da mənsub olduqları xalqların maraqlarını təmsil etməsi çox vacibdir”.

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova avstriyalı həmkarlarına bu tədbirin gözəl təşkilinə və maraqlı təqdimatlara görə təşəkkürünü bildirib. Keçən il Qrupun Bakıda keçirilmiş beynəlxalq tədbirini xatırladaraq, Avropada ən genişmiqyaslı tarixi layihələrdən biri olan Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı yaxınlığında yerləşən yeni Ələt limanının təkcə Azərbaycanın deyil, bütün regionun tranzit potensialının möhkəmləndirilməsinə, Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin artmasına imkan yaradacağını qeyd edib. Daha sonra Avstriya tərəfi İpək Yolunun əhatə etdiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə əlaqə qurulmasına yönəlmiş təşəbbüsləri təqdim edib. “Breitspur Planungsgesellschaft” şirkətinin icraçı direktoru Aleksandr Şirnhuber və Avstriya Federal Dəmir Yolları (ÖBB) SC-nin əlaqələndiricisi Hayns Şnitser İpək Yolu regionunda qarşılıqlı əlaqənin və nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş “Twin-Continent-1520 expansion from Kosice to Vienna” adlı innovativ layihənin iclas çərçivəsində təqdimatını keçiriblər.

Sözügedən layihə təqdim edildikdən sonra iştirakçılar Avstriyanın infrastruktur naziri Norbert Hoferlə görüşüblər. Norbert Hofer nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmin gün, həmçinin ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 5-ci iclası keçirilib. Qrupun sədri Azay Quliyev iclasın gündəliyini diqqətə çatdıraraq, İtaliyanın qrupa üzvlüyünə dair müraciətini səsə qoyub, İtaliya yekdilliklə üzvlüyə qəbul edilib. Bu il üçün planlaşdırılan tədbirlər haqqında çıxış edən Belarus nümayəndə heyətinin rəhbəri Boleslav Pirştuk aprelin 29-30-da Minsk şəhərində keçiriləcək İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Konfransına hazırlıq barədə ətraflı məlumat verib. O, Belarus tərəfinin bu konfransın təşkilinə böyük maraq göstərdiyini qeyd edib və tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Marqareta Kiner Nellen isə Qrupun sentyabr ayında İsveçrənin Andermatt şəhərində təşkil ediləcək beynəlxalq konfransı haqqında ətraflı məlumat verib. İpək Yoluna Dəstək Qrupunun sədr müavini Filippo Lombardi İsveçrədə baş tutacaq beynəlxalq konfrans çərçivəsində iş adamları ilə birgə panellərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib və ölkəsinin bu tədbirə böyük əhəmiyyət verdiyini bildirib. Daha sonra cari məsələlər və İpək Yoluna Dəstək Qrupunun gələcək fəaliyyəti barədə müzakirələrlə iclasa yekun vurulub.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12