Koalisiya gənclər arasında məlumatlandırma tədbirlərini davam etdirir - FOTOLAR
A A A
03/01/2019
Oxunma sayısı : 509

|

Fevralın 27-də  Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Vərəm əleyhinə QHT Koalisiyasının əməkdaşlığı ilə Azərbaycan Pedaqoji Universitetində (APİ) “Vərəm haqqında biliklərimizi artıraq” mövzusunda növbəti tədbir baş tutdu.

Tədbirin məqsədi ADPU-in biologiya fakültəsinin tələbələrinə vərəmlə mübarizə proqramları, yeni strateji yanaşmalar və xəstəliyin sosial yönümlü məsələləri ilə bağlı məlumat vermək idi. Tədbir zamanı mütəxəssislərin çıxışları və təqdimatlarla yanaşı, maarifləndirici video çarxlar da nümayiş olunaraq vərəm haqqında mesajlar əyani şəkildə nümayiş olunub. 

Tədbiri giriş sözləri ilə açan ADPU-də fəaliyyət göstərən AZQAC şöbəsinin sədri Ədilə xanım, tələbələri salamlayaraq, dünyada hələ də narahatlıq doğurmaqda davam edən vərəm xəstəliyi haqqında gənclərin məlumatlı olmasının vacibliyini vurğuladı. Daha sonra çıxış edən Sağlamlığa Xidmət İB-in sədr müavini Pərvanə Vəliyeva Ümumdünya səhiyyə təşkilatının vərəmlə bağlı son statistik məlumatlarını qeyd edərək bildirib ki, BMT-in 2030 Dayanıqlı İnkişaf Məqsədlərindən biri də dünyada vərəmə son qoymaqdır. 
Çıxış edən Koalisiya sədri Elçin Muxtarlı vərəm xəstəliyinin tarixçəsi haqqında qısa məlumat verdikdən sonra bütün dünyada tətbiq olunmağa başlayan vərəmlə mübarizədə yeni yanaşma olan insanların ehtiyaclarına yönəli vərəm xidmətləri modelinin üstünlüklərindən söhbət açdı. 

Koalisiyanın AZQAC nümayəndəsi Mətanət Qaraxanova tələbələrə vərəm, onun yayılma yolları və profilaktik tədbirlər haqqında geniş məlumat verdi. O, gənclər arasında maariflənmənin xüsusi önəmini qeyd edərək sağlam gələcək naminə profilaktik tədbirlərin tətbiqini artımağı tövsiyə etdi. 

Koalisiya nümayəndələri Zəminə Səfərova və Sona Hacıyeva isə vərəmlə mübarizədə gənclərin xüsusi rolunu vurğulayıb bu istiqamətdə bütün qurumları müştərək və fəal olmağa çağırdı. Tələbələr tədbirə olduqca maraq göstərib moderatorlara ünvanladıqları suallarla daha ətraflı məlumat almağa çalışdılar. Bir qrup gənc  isə Koalisiyanın könüllü üzvləri olmağa hazır olduqlarını bildirdilər. 

Sonda Koalisiyanın dəstəyi ilə vərəmlə bağlı stiqmanın qarşısının alınması məqsədilə ərsəyə gətirilən “Qışın isti nəfəsi” sosial bədii filmi nümayiş olundu. Film tələbələr tərəfindən böyük alqış və rəğbətlə qarşılandı. Onlar müasir Azərbaycan gəncliyinə xitab edən bu cür sosial maarifləndirici filmlərin daha çox çəkilməsini təklif etdilər. 

Sağlamlığa Xidmət ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12