Mahirə Əmirhüseynova: "Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir"
A A A
03/06/2019
Oxunma sayısı : 274

QHT.az Olaylar.az-a istinadən  XXI Əsrin Qadınları İctimai birliyin sədri Mahirə Əmirhüseynova ilə olan müsahibəni təqdim edir.

- Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir?

- Biliyiniz kimi, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı artıq 15-ci ildir həyata keçirilir. Cənab Prezident İlham Əliyev 2004-cü ildə regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı imzaladı. Daha sonra 2009-2013, 2014-2018, nəhayət bu ilin əvvəlində 2019-2023-cü illər üzrə növbəti - dördüncü dövlət proqramı imzalandı və həyata keçirilir.  Əlbəttə, bu illər ərində görülən işləri sadalamaqla bitməz. Öncə bir məqamı vurğulayım. Azərbaycanın, o cümlədən regionlarımızın sosial-iqtisadi inkişafına hələ Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələn kimi start verilmişdi. Təəssüflər olsun ki, o zamanlar həm ölkədəki qarışıq durum, həm neft gəlirlərimizin, Ümumi Daxili Məhsulun həcmi, ümumən dövlətimizin gəlirləri maksimum işləri görməyə imkan vermirdi. Amma Ulu Öndər ölkəmizi yenidən qurdu və bizə bu gözəl Azərbaycanı miras qoydu. Onun layiqli davamçısı İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən dərhal sonra ölkə bpynca böyük quruculuq, abadlıq işlərinə start verildi. Elementar bir təsəvvür yaradaq: bir göz önünə 2004-cü ili gətirək, bir də bu günükü Azərbaycanı. Bu 15 il ərzində biz böyük bir inkişaf yolu keçmişik. Təbii ki, bölgələrimizin inkişafı ilə bağlı dövlət proqramları da  regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verdi.

Mən Cənab Prezident İlham Əliyevin "Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına dair cari ilin yanvarında keçirilən konfransındakı nitqindən sitat gətirmək istəyirəm, çünki orada konkret rəqəmlər səsləndi.

Prezident özü də qeyd etdiyi kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi onun 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyi vədlərdən biri idi.  Son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salanda görülən işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Faktdır ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edibş, ümumi daxili məhsul 3,3 dəfə artıb. Sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb. Bu gün valyuta ehtiyatlarımız 45 milyard dollar təşkil edir. Rəsmi rəqəmlərə əsaslanıb deyə bilərik ki, son 15 il ərzində 2 milyondan çox yeni iş yeri yaradılıb. Onun təxminən 70 faizi daimi iş yerləridir və bunun böyük bir faizi regionları əhatə edir.

Prezidentin çıxışında da səsləndirdi ki, son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb. Bunlar onun göstəricisidir ki, dövlət başçısının siyasəti sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik. Yeri gəlmişkən, prezidentimizin son fərmanları, müavinətləri artırması, problemi kreditlərin həllinə dair fəmanı da xüsusi qeyd edilməlidir. Ölkəmizdə ümumilikdə köklü, çox ciddi iqtisadi islahatlar icra edilib və burada regionların inkişafına dair proqramların uğurlu icrası da mühüm rol oynayıb. Bölgələrdə böyük infrastruktur layihələri icra olunub.

Bir fakta nəzər salaq. 2004-cü ildə ölkə üzrə qazlaşdırmanın səviyyəsi təxminən 50 faiz idi. Hazırda Azərbaycanda qazlaşdırma 90 faizi ötüb.  Şəhərlərdə, rayon mərkəzlərində və bölgələrdə əksər kəndlərdə qaz təmnatı 100 faizdir. Ucqar kəndlərin qazlaşdırılması isə 2019-2023-cü illəri əhatə edən proqramda əksini tapıb.  Eyni ilə də işıq, içməli su, suvarma sistemləri ilə bağlı problemlər də həllini demək olar ki, tapıb.

- Dövlət proqramı sayəsində kənd təsərrüfatı sahəsində aparılan dəyişiklik və inkişafı necə dəyərləndirirsiniz?

- Bilirsiniz ki, Azərbaycan həm də aqrar ölkədir. Prezident İlham Əliyevin prioritetlərndən biri də kənd təsərrüfatının inkişafıdır vı bu istiqamətdə olduqca ciddi addımlar atılıb və proses davam edir. Bu müddətdə kənd təsərrüfatı 1,8 dəfəyədək artıb. Regionlarda kənd təsərrüfatına aid infrastrukturlar yenilənir, soyuducu anbarlar tikilir, fermərlərə ciddi dəstək verilir. Son vaxtlar sənaye parklarının fəaliyyətinə xüsusi diqqət yetirilir. Aqroparkların yaradılması çox müsbət haldır. Bunun nəticəsində bölgələrdə yeni iş yerləri yaradılır, həm də kənd təsərrüfatı məhsullarımızın istehsalı və ixracı daha da artır. Prezidentin imzaladığı proqramlar üzrə kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb. Son 15 il ərzində Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları qurulub, kanallar çəkilib, subartezian quyuları vurulub. Təkcə 2018-ci ildə 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilidiyi fakdır.

Avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Məlum məsələdir, yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar. Bunu prezidentimiz özü də çıxışında xüsusi qeyd etdi. Hazırda kənd yollarının tikintisi geniş vüsət alıb. Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı istehsalı artır. Yol infrastrukturu, sadəcə olaraq, sosial layihə deyil.

Ümumilikdə Azərbaycan qitisadiyyatı 14 il ərzində 3,2 dəfədən çox artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Prezident xüsusi olaraq qeyd edib ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Biznesin inkişafı üçün münbit şərait yaradılıb. Ötən müddət ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər, habelə subsidiyalar verilib.

- Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına hansı dəstəyi verdi?

- Azərbaycanın prioritetlərindən biri də turizmin inkişafıdır vıə bu istiqamətdə mühüm addımlar atılıb. Bölgələrin inkişafı, regionlarda müsair tipli tuizm infrastrukturuun yaranması, abad yollar turizm üçün əlbəttə ki, vacub şərtlərdir. Biz artıq neçə illərdir ki, ərəb ölkələrindən Azərbaycana turist axınının şahidi oluruq. Habelə MDB ölkələrindən, Avropadan da xeyli turistlər gəlir. Bu ildən isə Azərbaycana təxminən 200 min nəfər Çin vətəndaşının turist olaraq gələcəyi gözlənilir. Buna dair artıq iki ölkənin turizm qurumları arasında müqavilə də imzalanıb. Turizm olduqca mühüm sahədir və bunun inkişafında heç şübhəsiz ki, regionların inkişafına dair proqramların icrası önəmli rol oynadı.

- Azərbaycan iqtisadiyyatının bu inkişafı onu dünya ölkələrinə necə tanıdır?

- İlk növbədə onu qeyd edim ki, Azərbaycana böyük həcmdə xarici investisiyalar qoyulub və qoyulmaqda davam edir. Prezidentimizin apardığı uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxarıb. Dövlətimizin başçısının özünün də səsləndirdiyi dəqiq rəqəm var: 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.

Bir məqama diqqət yetirək: Birinci dəfə Azərbaycanın adı Dünya Bankının "Doing Business" hesabatında 2006-cı ildə qeyd olunmuşdu. O vaxt Azərbaycan hesabatda 98-ci sırada qərarlaşmışdı. Aparılan köklü islahatlar, investisiya mühitinin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdə qərarlaşıb. Bu çox ciddi bir inkişafın göstəricisidir.

Bu, həm də o deməkdir ki, qarşıdakı illərdə həm yerli, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə yatıracaqlar.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TAP-TANAP layihələri Bakı-Tbilisi-Qars dəmiryolu layihələri, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın dünya bpyunca əhəmiyyətinin, regionu lider ölkəsi olmasının bariz nümunəsidir. Bu gün Azərbaycanın iştirakı, razılığı olmadan heç bir regional layihənin icrası mümkün deyil.

Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə davam edir. Faktiki olaraq Azərbaycan qısa müddətdə Avropanın qaz tminatçısına çevriləcək.

Biz bu illər ərzində Azərbaycan kosmik bir dövlətə çevrildi. Hazırda bizim 3 peykimiz mövcuddur. Azərbaycan kosmik kluba daxil olan azsaylı ölkələrdən biridir.

Bu gün dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət" strukturumuz var. Bir çox dövlətlər bundan ümunə kimi yararlanır. Ölkəmizdə hazırda on beş "ASAN xidmət" mərkəzi fəaliyyətdədir və bu ilin axırında onların sayı 20-yə çatacaq.

Ölkədə aparılan islahatlar, iqtisadi inkişaf və uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sakit, stabil, təhlükəsiz dövlətlərindən biridir və bu, beynəlxalq hesabatlarda da öz əksini tapır.

Bu siyasət nəticəsində, yuxarıda qeyd etdiyimiz kimi, 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır.

Təbii, hər kəsə məlumdur ki, sabitlik, təhlıükəsizlik olmayan ölkələrə investisiyalar qoyulmur, inkişaf olmur. Bütün bu sadalananlar onu göstərir ki, Azərbaycan doğru inkişaf strategiyası seçib və bu onun beynəlxalq aləmdə nüfuzunu maksimum yüksəldir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12