Jurnalist Ölkə Başçısına müraciət etdi: “Tək bir istəyim var, iki otaqlı ev”
A A A
03/10/2019
Oxunma sayısı : 795

QHT.az xəbər verir ki, Xeberal saytının baş redaktoru tanınmış jurnalist Mirismayıl Xələfli ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, müraciətində qeyd edir ki, Bakı şəhərində xəstə uşağı ilə birlikdə kirayədə yaşayır, mediaya gələn gündən Azərbaycan hakimiyyətinin dəsti xəttini dəstəkləyib. Jurnalist normal şəraitdə yaşamır, bəzi sosial problemlər onu narahat edir. Bunlardan biri də jurnalistin özünün evinin olmamasıdır. Xeberal saytının baş redaktoru Mirismayıl Xələflinin öz facebook hesabında paylaşdığı sözügedən statusunu oxucularımıza təqdim edirik:

Dəyərli həmkarlarım, bilirsiniz ki, imkanlarım daxilində hər bir dostumuza probleminin işılqlanadırlmasında əlimdən gələni etmişəm.  Xahiş edirəm müraciətin yayılmasına yardım edin. Bu mənim üçün ədalətin sınaq dövrüdü. Öncədən təəşəkkürlər.

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab 
İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin  milli dövlətçilik kursunu davam etdirərək həyata keçirdiyiniz siyasət sayəsində Azərbaycan bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayır. Cəmiyyətimizdəki sabitlik və inkişaf mühitinə, bütün bunların həyatımızda yaratdığı çoxsaylı müsbət dəyişikliklərə görə bir vətəndaş olaraq Sizə ailəm adından dərin minnətdarlığımı yetirir, müstəqil dövlətimizin xoş gələcəyi naminə fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.

2005 2006-ci ildən mətbutda fəaliyyətlə məşğul olan bir şəxs kimi, özümü o şanslı jurnalistlərimizdən sanıram ki, Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu prosesinin bir çox mərhələləri yazılarımda öz əksini tapmış, bu şərəfli tarixin yazılı salnaməsinin yaradılmasında az-çox iştirak etmişəm.

2008-cü ilin prezident seçkisi ərəfəsində, Azərbaycanın XXI əsrdə Sizin rəhbərliyiniz altında əldə edə biləcəyi tarixi nailiyyətlərlə bağlı “Müstəqil Press” qəzetindəki yazılarımda ifadə olunmuş böyük ümidlərin bu gün düşündüyümdən də parlaq şəkildə özünü doğrultması peşə fəaliyyətimin əlamətdar məqamlarıdır.

Möhtərəm cənab Prezident!

14 ildir jurnalist fəaliyyəti ilə məşğulam. Ölkənin ən aparıcı media qurumlarında çalışmış, 2014-ci ildən Xəbəral saytında fəaliyyət göstərirəm  və adı cəkilən bu sayıtın redaktor işləyirəm. İmkanlarım daxilində dövlətimizə və dövlətçiliyimizə xidmət etməyə çalışıram.

Zati-Aliləri!

2002-cı ildən bəri – düz 17 ildir ki, Bakıda kirayədə yaşayıram. Bu illər ərzində özüm də, ailə üzvlərim də mənzilsizlikdən çox əziyyət çəkmişik və indi də bu əziyyətlərlə baş-başayıq. Ağır maddi durumumla mənzil problemimi nə vaxtsa öz imkanlarım hesabıma həll edəcəyimə daha heç bir ümidim yoxdur. İndi özümün 36,  oğlumun 9,xəstə qızımın isə 10 yaşı var. Oqlumu Azərbaycan Ordusuna darısqal kirayə evdən deyil, cənab Ali Baş Komandanın jurnalist atasına hədiyyə etdiyi öz mənzilimizdən əsgər getməsi ən böyük arzumdur.

Həyatımdakı ən böyük şəxsi problemin həllində kömək göstərməyinizi, jurnalistlər üçün tikilmiş yeni binada mənzillə təmin olunmağıma dəstək verməyinizi Sizdən dönə-dönə xahiş edirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun.

Dərin ehtiramla,Mirismayıl Xələfli

ŞƏRHLƏR
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12