QHT sədri: “Xədicə İsmayılın keçirmək istədiyi aksiya qrant layihəsidi, arxasında xain qüvvələr dayanır”
A A A
03/10/2019
Oxunma sayısı : 589


“Bu cür ucuz şoularla millətin dövlətə olan inamının, güvəninin sarsılacağını düşünmək, sadəcə, ağılsızlıqdı”

Xədicə İsmayılın 8 mart qadınlar bayramı günündə bir neçə qadınla Bakının mərkəzi hissəsində aksiya keçirməyə cəhd göstərməsi ölkədə birmənalı qarşılanmayıb. Bu olay sosial şəbəkələrdə, mediada, başqa müstəvilərdə müxtəlif yöndən müzakirələrə səbəb olub. Bu hadisəyə sıravi vətəndaşlarla yanaşı, ictima-siyasi fəal insanlar, həmçinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları rəhbərləri də öz mövqelərini bildiriblər.

Məlum aksiyaya öz mövqeyini bildirənlərdən biri də Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərovadır. Onun Musavat.com-a müsahibəsini təqdim edirik.

- Gülayə xanım, Xədicə İsmayılın bir qrup qadınla razılaşdırılmayan aksiyaya cəhd etməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə də yer alan bu hadisəyə müxtəlif reaksiyalar oldu. Qeyri-hökumət təşkilatının sədri və ölkə vətəndaş kimi sizin də məsələyə münasibətiniz facebook səhifənizdə yer aldı. Doğrudanmı, ölkəmizdə qadınlara qarşı şiddət var? Xeyli qadının mövqeyi belədir ki, Azərbaycanda qadına qarşı zorakılıq kütləvi və acınacaqlı deyil. Bəs, sizcə, aksiyanı keçirməkdə məqsəd nə idi? 

- Xədicə İsmayılın kim olduğu hər kəsə çox yaxşı məlumdu. Bu qadın xarici ölkələrdən aldığı qrant hesabına ölkəmizdə hərc-mərclik salmağa, yalan və iftiralarla, böhtan və şərlərlə cəmiyyətdə dövlətimizə qarşı mənfi fikirlər oyatmağa çalışan biridi. O bu dəfə də xanımların özəl günündə, 8 mart tarixində bir neçə radikal qadınla birlikdə Azad qadın heykəlinin qarşısında qeyri-qanuni, dövlət orqanları ilə razılaşdırılmadan “Qadın zorakılığına “yox” deyirik, “Şiddətə “yox” deyirik” kimi şüarlarla aksiya keçirməyə cəhdi göstərdi. Bu da dediyim kimi, onun növbəti mənasız və əsası olmayan oyunlarından biri idi.

“Təsəvvür edin, Xədicənin keçirmək istədiyi aksiyada milli qəhrəmanımız Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadə də vardı. Videolardan və fotolardan bu qadını görmək mümkündür. Bu faktlar bir daha deməyə əsas verir ki, aksiyanın arxasında Azərbaycana qarşı xain mövqe tutan qüvvələr dayanıb”

- Sizcə bu aksiyanın arxasında xüsusi bir məqsəd dayanırmı? Əsas arqumentlərdən biri budur ki, hazırda ölkədə sabitlik var, qadınlarla kişilərin hüquqları az qalsın bərabərdi., xanımlarqa qarşı xüsusi, qabarıq ayrı-seçkilik yoxdur və s. 

- Təbii ki, xədicəkimilərin məqsədi hər kəsə yaxşı məlumdu. Çünki bu gün Azərbaycanda qadına qarşı böyük diqqət və qayğı var. Bunun da təməli hazırkı iqtidar tərəfindən qoyulub. Və bu siyasət bu gün uğurla davm etdirilir. Əgər 3-4 qadın guya ölkədəki zorakılıqdan, şiddətdən narahat olub, bunu küçəyə çıxaraq çığır-bağır salıb, diqqət çəkməklə göstərməyə çalışırlarsa, deməliyəm ki, bu, heç də belə deyil. Bu işlərlə məşğul olan müvafiq dövlət orqanları var. Və ailə-məişət, qadın zorakılığı kimi məsələlər həm dövlət, həm qeyri-hökumət təşkilatlarının daim diqqətindədi.

- Aksiyaya cəhd zamanı çəkilmiş videoları yəqin ki, siz də izləmisiniz…

- Bəli. Bu barədə yalnız onu deyə bilərəm ki, hər kəsin ətrafında həmişə özü səviyyəsində insanlar olur. Xədicənin də ətrafında toplaşanlar özü əxlaqında olan Fatimə Mövlamlı və Aytac Tapdıq kimi mənəviyyatı olmayan qadınlardı. Təsəvvür edin, Xədicənin keçirmək istədiyi aksiyada milli qəhrəmanımız Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadə də vardı. Videolardan və fotolardan bu qadını görmək mümkündür. Bu faktlar bir daha deməyə əsas verir ki, aksiyanın arxasında Azərbaycana qarşı xain mövqe tutan qüvvələr dayanıb. Polis əməkdaşlarına qarşı etdikləri radikal davranışlara rəğmən polislərimiz “zəhmət olmasa”, “xahiş edirik”, “lütfən, çox xahiş edirik”, “bir qədər geri çəkilsəydiniz, minnətdar olardıq” kimi ifadələrlə cavab verirdilər. Bu da Azərbaycan polisinin, kimliyindən asılı olmayaraq, qadınlarımıza hörmətindən irəli gəlirdi. Və təəssüf ki, Xədicə kimiləri bunu dərk etməkdən çox uzaqdılar. Onların Azərbaycan qadınına yaraşmayan hərəkətləri, danışıq tərzləri insanda yalnız ikrah hissi oyadır. Bu qadınların əsas missiyası radikal müxalifətin ənənəsinə sadiq qaldığını nümayiş etdirməkdi. Və 3-4 qadının arxasında gizlənərək keçirməyə cəhd etdikləri bu aksiya radikal qüvvələrin növbəti siyasi əxlaqsızlıqlarından biri idi.v

- Sizcə, məqsəd nə idi?

- Məqsəd gün kimi aydındı. Hakimiyyətin apardığı uğurlu siyasəti ləkələməyə cəhd edilir. Cənab prezidentin keçirdiyi son islahatlar göz qabağındadı. Bunu görməmək mümkün deyil. Bu yeniliklər, inkişaf, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması təqdirəlayiqdi. Bunu alqışlamaq əvəzinə, bir neçə qadını küçələrə çıxarıb olmayan ailə-məişət zorakılğıdan danışmaq, ölkədəki sabitliyi pozmağa çalışmaq, radikal müxalifətin bəhanə üçün mövzu qıtlığından əziyyət çəkdiyinin göstəricisidi.

- Bəzi ekspertlər iddia edirlər ki, hansısa qüvvələr hakimiyyətlə gizli müharibə aparır. Həmin iddialara görə, hökumət sosial yönümlü addımlar atıb, cəmiyyətin rəğbətini qazandıqca, bir gizli əl iqtidarın bu addımlarını gözdən salmağa çalışır.

- Bəli. Tamamilə doğru buyurduz. Hər kəs və hər şey göz qabağındadı. Prezidentə ünvanlanan bütün müraciətlərlə, məktublarla o özü şəxsən maraqlanır. Və əlaqədar qurumlara göstərişlərini verir. İstənilən dövlət orqanlarında qaynar xəttlər mövcuddu. Daxil olan hər bir problemli zəng kimliyindən asılı olmayaraq nəzarətə götürülür. Və araşdırılıraraq, həllinə nail olunur. Bütün bunlar cəmiyyətin gözü qarşısında baş verir. 21-ci əsrdə yaşayırıq. Söz azadlığıdı. Hətta sosial şəbəkələrdə belə qabardılan məsələlər aidiyyatı üzrə nazirliklər, agentlik və xidmətlər tərəfindən nəzarətə götürülərək, həll olunur. Ona görə də hakimiyyətə qarşı ən müxtəlif və bəzən də ağlasığmaz qara PR kampaniyası aparılır. Bu çirkin kampaniyaların iflasa uğradığı göz önündədir.

- Gülayə xanım, siz Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədrisiniz və əsas işiniz də ailələrlə bağlıdı. Onları tez-tez ziyarət edirsiz, problemləri ilə maraqlanıb, aidiyyatı qurumlarla birgə həllinə çalışırsız. Biraz da bu haqda məlumat verərdiz. Respublikamızda bu günə kimi ailə-məişət zorakılığına qarşı nə kimi işlər görülüb?

- Bu gün ailə-məişət zorakılığı da digər məsələlər kimi dövlət başçısının diqqət mərkəzindədi. Bu səbəbdəndi ki, qadın zorakılığı, ailə daxilində baş verən münaqişələrin həlli istiqamətində aparılan araşdırmaların ümumi nəsticəsi olaraq Milli Məclisdə “Ailə məişət zorakılığına qarşı” qanun qəbul olundu. Və sözügedən ali qanunverici orqanla yanaşı, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi və Daxili İşlər Nazirliklərində ailə-məişət, qadın zorakılığı ilə əlaqədar olaraq mütəmadi müzakirələr aparılır, qeyri-hökumət təşkilatlarnın gördüyü işlər və təqdim etdikləri hesabatlar dinlənilir.

- Ailə məişət zorakılıqları bütün dünyada var. Və buna qarşı hər bir dövlətin öz qanunları, həyata keçirdiyi islahatlar və problemdən qurtuluş yolları mövcuddur. Azərbaycanda sizin sadaladıqlarınızla yanaşı, dövlət proqramları da həyata keçirilir. Bəs, cəmiyyət institutlarının apardığı maarifləndirmə işləri hansı səviyyədədi?

- Ailədaxili zorakılıqların qarşısının alnması üçün biz qeyri-hökumət təşkilatlarının da üzərinə böyük iş düşür. Biz birlik olaraq, hüquqları tapdanın qadınların hüquqlarını qanun çərçivəsində, məhkəmə müstəvisində bərpası, qorunması ilə məşğul oluruq. Bundan başqa, mütəmadi olaraq şiddət görən ailələrdə maariflədirmə işləri görürük, dövlət qurumlarının köməyi ilə onları psixoloqlara yönəldirik. Hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyimiz layihələrdən biri də ondan ibarətdir ki, ərazi üzrə mübahisəli ailələrin siyahısını götürüb, evlərinə baş çəkir, onlarla mütəmadi danışıqlar aparırıq. Görülən işlərin nəticəsi olaraq, Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyi təkcə ötən il dağılmaq üzrə olan 88 ailənin 76-sını yenidən barışdırıb, onarın normal həyata qayıtmalarına, yaşamlarına davam etmələrinə yardım göstərib.

Dövlətimiz bu gün müxtəlif sahələr üzrə qadınlara olan zorakılıq və onların istismarı hallarının qarşısını almaq üçün böyük işlər görür. Xədicə kimilərin niyyəti xaricdən aldıqları qrantlar hesabına bu cür aksiyalara cəhd göstərməklə dövlətimizin qadın zorakılığına qarşı gördüyü işlərin üzərinə kölgə salmaqdı. Amma deyim ki, bu cəhdlər insanlarımız tərəfindən həmişə hiddətlə qarşılanıb və bu dəfə də belə oldu. Çünki artıq hər kəs pislə yaxşını görüb, ayırd edə bilir. Və bəzi qüvvələrin bu cür ucuz şoularla millətin dövlətə olan inamını, güvənini sarsıldacaqlarını düşünməsi, sadəcə, ağılsızlıqdı.

Musavat.com

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12