İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Respublika Veteranlar Təşkilatının dəstəyi ilə veteranlarla tələbələrin görüşü keçirilib
A A A
03/12/2019
Oxunma sayısı : 235

|

Tədbirdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanov, Qarabağ müharibəsi veteranı Bəhram Atakişiyev, eləcə də, universitetin müəllim və tələbə kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti haqqında məlumat verdi, xüsusən son illərdə Təşkilatın Respublikada gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində, dövlət siyasətinin təbliği, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və Ermənistanın qəsbkar, işğalçı kimi tanıdılması,  dünyada sülhün və əminamanlığın qorunub saxlanması üçün həyata keçirmiş olduğu işləri diqqətə çatdırdı.

Veteranlara və Respublika Veteranlar Təşkilatına ölkə rəhbərliyinin xüsusi etimadını vurğulayan C.Xəliov üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldikərini bildirdi. Əhalinin sosial təminatının yaxşılaşdırılmasına dair qanun layihələrində veteranların nəzərə alınması, onların problemlərinin qısa zamanda həll edilməsi Prezident cənab İlham Əliyev tərəfindən veteranlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd etdi.

Gəncləri vətənpərvər olmağa səsləyən C.Xəlilov: “Azərbaycan xalqı vətənpərvər, igid, qəhrəman xalqdır. Vətənpərvərlik bizim üçün müqəddəs amaldır. Bizə babalarımızdan qalan vətən sevgisi birliyimizin, məğrurluğumuzun təcəssümüdür.

Hər zaman xalqımızın igid oğul və qızları vətənin keşiyində dayanıb, yağı düşməndən torpaqlarımızı qoruyublar. Hər iki dünya müharibəsində, Əfqanıstan və eləcə də Qarabağ savaşlarında qəhrəmanlıqlar göstərib, azərbaycanlı adını layiqincə daşıyıblar. Əziz tələbələr, adlarını iftixarla çəkdiklərimiz qəhrəman oğul və qızlarımız hər birimiz üçün əzizdirlər. Onları unutmamalı, onların həyat və fəaliyyətləri bizlər üçün örnək olmalıdır. Vətən üçün canından keçən, həyatını vətənə həsr edən insanların fəaliyyətini öyrənib, yaşatmalı və gələcək nəsillərə ötürməliyik.

Torpaqlarımızın 20 faizi ermənistanın işğalı altındadır. Tarixən bizə düşmənçilik edən mənfur qonşumuz Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir. Erməni xalqını ölümə sürükləyən “Böyük Ermənistan” xəyalları ilə gənclərini faşizm ideologiyasında tərbiyə edir.  Biz dünyada sülhü əminamanlığı, bütün dünya xalqları ilə dostluğu təbliğ etdiyimiz halda Ermənistan bunların tam əksini həyata keçirir. Qonşu dövlətlərə ərazi iddiası, düşmənçilik siyasəti ilə məkrli planlar qurur. 

Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir. Gündən-günə güclənən ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır. Maddi texniki təminatı və ixtisaslı kadr potensialı deyilənlərin əyani sübutudur. Aprel döyüşlərində və Naxçıvanda həyata keçirilmiş uğurlu hərbi əməliyyatlar  zamanı  əldə etdiyimiz qələbə düşməni və onun havadarlarını sözün əsl mənasında sarsıtdı.

Bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsi, onun Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməliyik. Prezident İlham Əliyevin daxili və xarici siyasətinə dəstək olmalı Azərbaycanı daha da irəliyə aparmağı bacarmalıyıq. Bu missiyanı həyata keçirməkdən ötrü hər birimizin üzərinə böyük məsuliyyət düşür. Yüksək təhsilə yiyələnməli, elm-texnologiya əsrində beynəlxalq aləmdə layiqli yerimizi tutmalıyıq. Siz gənclər sahib olduğunuz ixtisasların bütün sirrlərinə bələd olmalısınız. Sizə bu yolda uğurlar və müvəffəqiyyətlər arzulayıram”.

II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov keçdiyi döyüş yolundan,   Azərbaycan xalqının II Dünya müharibəsində Qələbənin əldə edilməsində göstərdiyi fədakarlıqlardan danışdı. Həm ön cəbhədə igid döyüşçülərimizin, həm də arxa cəbhədə xüsusən Bakı neftçilərinin, azərbaycanlı alimlərin danılmaz əməyini tələbələrin diqqətinə çatdırdı. “Sevindirici haldır ki, bügün hər bir sahədə Azərbaycan nailiyyətlər əldə edib. Bunlar yorulmaz əməyin və tariximizdən gələn əzmkarılığın, əməksevərliyin nəticəsidir. Siz gələcəyin həkimləri, elm xadimləri olacaq dünya elminə  tövhələrinizi verəcəksiniz...

Bir faktı xatırlamaq istəyirəm ki, II Dünya müharibəsində Azərbaycanda 28 hərbi hospital fəaliyyət göstəribdir. Azərbaycan həkimləri on minlərlə yaralının sağlamlığına qovuşmasında əllərindən gələni əsirgəməyiblər. Əziz tələbələr, biz veteranlar sizin bacarığınıza inanır, xalqımızın qəhrəman, əməksevər, əzmkar fəaliyyətini davam etdirəcəyinizə inanırıq”.

Digər çıxış edənlər polkovnik Elşad Şabanov və polkovnik Bəhram Atakişiyev gənclərə XX əsr Azərbaycan tarixi, erməni faşizmi və terroru haqqında məlumat veriblər. Gəncləri vətəni sevməyə, vətənpərvər olmağa səsləyiblər.

Daha sonra təhsildə fərqlənən universitetin bir qrup əməkdaşı Respublika Veteranlar Təşkilatı tərəfindən mükafatlandırılıb. 

Sonda veteranlarla tələbələr birgə xatirə şəkli çəkdiriblər.

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12