Nazirlik QHT-lər üçün qrant müsabiqəsi elan etdi
A A A
03/13/2019
Oxunma sayısı : 3890

Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi elan edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin elan edilməsində məqsəd tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin vahid məlumat bazasının, maraq dairələri üzrə klubların  yaradılması, onların dünyagörüşünün genişləndirilməsi, müvafiq təlim kurslarının təşkil olunmasıdır.

 

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak edən şəxslər tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində ən azı 3 illik təcrübəyə malik olmalıdırlar. Təqdim ediləcək layihələr ən azı 25 ali və orta ixtisas təhsil müəssisəsində təhsil alan tələbə-könüllülərlə işi əhatə etməlidir.

 

Müsabiqədə iştirak üçün layihələr martın 14-dən martın 27-si saat 18.00-dək qəbul olunacaq.

 

Hər bir hüquqi şəxs yalnız bir layihə ilə müraciət edə bilər.

 

Müsabiqə barədə daha ətraflı məlumatla elan vasitəsi ilə tanış ola bilərsiniz.



Qrant müsabiqəsi elanı

Təhsil Nazirliyinin “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili” mövzusunda qrant müsabiqəsinin elanı

 

 

Tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması, onların dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının təşkil olunması və s. işlərin təşkili məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsini elan edir.

 

Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.

 

Müsabiqədə iştiraka dair tələblər:

Tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində ən azı 3 illik təcrübəyə malik olmalı

Təqdim ediləcək layihələr ən azı 25 ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbə-könüllülərlə işi əhatə etməlidirlər.

Hər bir hüquqi şəxs yalnız bir (1) layihə ilə müraciət edə bilər.

 

Layihələrin təqdim edilməsi:

Layihə təklifləri 27 mart 2019-cu ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron poçt ([email protected]) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti

• Təşkilatın Nizamnaməsinin surəti

• Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti

• Təşkilatın VÖEN-nin surəti

• Təşkilatın fəaliyyəti haqqında qısa məlumat

• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)

 

Qiymətləndirmə meyarları:

1. Qurumun təcrübəsi.

2. Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması.

3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə iştirak təcrübəsi;

4. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması.

5. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

 

Müsabiqənin müddəti:

Layihələrin qəbulu 14 mart 2019-cu il tarixdən başlayır və 27 mart 2019-cu il tarixdə başa çatır.

 

Layihələrin qəbulu üçün son tarix:

27 mart 2019-cu il, saat 18:00.

ŞƏRHLƏR
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12