Kənd təsərrüfatında yeniliklər üzrə təlimlərin keçirilməsi üçün qısamüddətli ekspertlərin seçimi - Elan
A A A
03/14/2019
Oxunma sayısı : 419

 

Kənd təsərrüfatında yeniliklər üzrə təlimlərin keçirilməsi üçün qısamüddətli ekspertlərin seçimi üzrə

Texniki Tapşırıq

 

Ümumi məlumat

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsili və Təlimi Mərkəzlərinin Modernləşdirilməsi” proqramı çərçivəsində “Bərdə Peşə Liseyinin  Modernləşdirilməsi” layihəsini icra edir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə əsaslanaraq Bərdə Peşə Liseyində peşə təhsili və təlimini modernləşdirməkdir.

 

Layihənin xüsusi məqsədləri:

 

1.    Liseyin institusional və idarəetmə sisteminin yaradılması;

2.    Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq;

3.    Liseyin davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək;

4.    Liseyin rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək;

5.    Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək;

6.    Liseyin yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması.

 

Liseydə hal-hazırda aşağıdakı ixtisaslar tədris olunur:

 

• Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik, avtomobil sürücüsü;

 Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası);

• Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, avtomobil sürücüsü;

 Heyvandarlıq mütəxəssisi;

• Meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər, avtomobil sürücüsü;

• Elektrik qaz qaynaqçısı;

• Avtomobillərin təmiri çilingəri-avtomobil sürücüsü;

   • Dərzi;

   • Bitkiçilik mütəxəssisi;

   • Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer.

Layihə çərçivəsində kənd təsərrüfatında yeniliklərin tətbiqi və müasir kənd təsərrüfatı avadanlıqların istifadəsi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlər Bərdə Peşə Liseyinin mühəndis-pedoqoji heyətinin kənd təsərrüfatı sahəsində biliklərinin artırılmasını ehtiva edir. Təlim mövzuları Liseydə tədris olunan ixtisaslar üzrə müvafiq kurikulumları əhatə etməlidir.

İşin təsviri

Layihə çərçivəsində Yerli İdarəetməyə Yardım İctimai Birliyi Azərbaycanda kənd təsərrafatı üzrə ixtisaslaşmış ekspertlərin seçimi ilə bağlı təklifləri qəbul edir.

Ekspertlər kənd təsərrüfatında yeniliklərin tətbiqi və müasir kənd təsərrüfatı avadanlıqlarından və texnikasından istifadə, eləcə də əlaqədar digər texniki sahələri əhatə edən mövzular üzrə təlim vəsaitlərini hazırlayacaq və Bərdə Peşə Liseyinin müvafiq mühəndis-pedoqoji heyəti üçün təlim keçəcəklər.

 

Müraciət edənlər tərcümeyi hal (CV) və təklif formasını qeyd edilən son tarixə qədər təqdim etməlidirlər.

 

Ekspertlərin öhdəlikləri:

Ø  Təlim mövzularının müəyyən edilməsi və Layihə komandası ilə razılaşdırılması;

Ø  Bərdə Peşə Liseyində 30 nəfərlik mühəndis-pedoqoji heyət üçün təlim materiallarının hazırlanması və 10 təlim kursunun keçirilməsi;

Ø  Kənd təsərrüfatı sahəsində yeniliklərin tətbiqi, müasir texnikaların və avadanlıqların istifadəsi üzrə yaxşı nümunələrin təlim iştirakçıları ilə paylaşılması;

Ø  Görülən işlərin yekununa dair hesabatın hazırlanması.

 

İş günlərinin sayı və yekun məhsulların təqdim olunması üçün son tarixlər:

İş günlərinin sayı: 27 gün (təlim materiallarının hazırlanması - 5 gün, təlimlərin keçirilməsi - 20 gün, hesabatın hazırlanması 2 gün)

Müddət: Aprel – İyun, 2019-cu il

 

Tələblər:

Ø  Kənd təsərrüfatı sahəsində  ali təhsil;

Ø  Kənd təsərrüfatı sahəsində dərs və təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi üzrə bilik və təcrübə;

Ø  Kənd təsərrüfatı texnikalarının və avadanlıqlarının istifadəsi üzrə biliklər.

 

Xüsusi qeydlər

Ekspertlər layihə komandası, eyni zamanda benefisiar təşkilatın nümayəndələri ilə birlikdə işləyəcəkdir.

 

Bərdə Peşə liseyində təlimlərin keçirilməsi tarixləri işlərin yekunlaşdırılması və ekspertlərin uyğunluluğuna əsasən qarşılıqlı olaraq razılaşdırılacaqdır.

 

Qeyd olunan mövzular üzrə təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi üzrə cədvəl ekspertlər seçildikdən sonra müəyyən ediləcəkdir.

Seçim prosesi

CV və ekspert fəaliyyətinin icrası ilə bağlı təklifləri 26.03.2019-cu il tarixinə qədər aşağıda qeyd olunan elektron poçt ünvanına göndərmək xahiş olunur: [email protected]

 

Yerli İdarəetməyə Yardım ictimai birliyi

ŞƏRHLƏR
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12