Respublika Veteranlar Təşkilatinda “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib
A A A
03/14/2019
Oxunma sayısı : 274

|

Martın 14-də Respublika Veteranlar Təşkilatının inzibati binasında Gənclər və İdman Nazirliyinin, Ağsaqqallar şurasının nümayəndələrinin, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının, ziyalıların, gənclər təşkilatının, müəllimlərin, şagirdlərin və media nümayəndələrinin iştirakı ilə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işini gücləndirməkdir. 

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açaraq təşkilatın fəaliyyəti barədə geniş məlumat verib, bu mövzuda keçirilən tədbirlərin ənənəvi hal aldığını diqqətə çatdırıb. O, gənclərmizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ziyalıların, ağsaqqalların və veteranların bugünkü fəaliyyətini yüksək qiymətləndirib.

C.Xəlilov 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini və Ulu Öndərin gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşıdığını diqqətə çatdırıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə yüksək etimad göstərməsini, onların hərtərəfli inkişafı üçün böyük işlər gördüyünü vurğulayıb.

C.Xəlilov gənclərin təhsilə yiyələnməsinin vacibliyini, hər bir sahədə   gənclərin üzərinə düşən məsuliyyəti xüsusi qeyd etdi. O, Azərbaycan gəncinin əsl vətənpərvərliyini, Vətən, xalq üçün canından keçməyə daim hazır olduğunu, bunu Aprel döyüşlərində və Naxçıvan əməliyyarlarında sübut etdiklərini diqqətə çatdırdı. C.Xəlilov: “Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz bu əməliyyat nəticəsində uzun illər işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda – Lələtəpə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir”.     

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev  də öz növbəsində bu cür tədbirlərin əhəmiyyətindən danışdı. İ.Babayev veteranları canlı tariximiz adlandırıb, gənclərimizi onlardan örnək götürməyə səslədi. O, Respublikamızın bugünkü inkişafına, hər bir sahədə əldə etdiyi nailiyyətlərə nəzər saldı. İ.Babayev: “Bu gün veteran, ağsaqqal adlandırdığımız insanlar vətənimizi göz bəbəyi kimi qoruyub, azadlığımız, müstəqilliyimiz üçün çalışıblar. Onların davamçıları -  Prezident İlham Əliyevin ətrafında sıx birləşən - siz gənclərin amalı azərbaycanlı adını şərəflə daşımaq, Vətənin tarixini, mədəniyyətini yaşatmaq, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini qorumaqdır. Bu gün iftixarla qeyd edə bilərik ki, gənclərimiz Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına sadiqdirlər, veteranların təcrübəsindən bəhrələnir, təhsilə, elmə yiyələnirlər. Hər bir sahədə Azərbaycanın bayrağını qürurla dalğalandırırlar”.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  Azərbaycan xalqının tolerantlıq ənənələrindən, Dağlıq Qarabağ münaqişəsinin tarixindən və mənfur erməni xislətinin xalqımızın başına gətirdiyi fəlakətlərdən söhbət açdı. Bu günümüzün və gələcəyimizin əmin əllərdə olması üçün B.Yusifov  gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi.

Digər çıxış edənlər II dünya müharibəsi veteranı İsmayıl Fərəcov, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Elşad Şabanov Respublikada həyata keçirilən gənclər siyasətindən, gənclərin ölkə həyatındakı yeri və rolundan, vətənpərvər gəncliyin üzərinə düşən məsuliyyətdən danışdılar.

Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb. 

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12