Qənirə Paşayeva müvafiq qurumları QHT-lərə ciddi dəstək olmğa çağırdı
A A A
03/14/2019
Oxunma sayısı : 848

Martın 14-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. QHT.az xəbər verir ki, iclas çərçivəsində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş dinləmələr olub.



Millət vəkili Qənirə Paşayeva MM-də vərəm xəstələrinə və onların ailələrinə dəstəyin artırılması ilə bağlı təkliflərlə çıxış edib. Millət vəkili Q. Paşayeva bu gün MM-in Səhiyyə Komitəsinin iclasında vərəm xəstəliyi ilə bağlı keçirilən dinləmələrdə çıxış edərək bildirib ki, vərəm xəstələrinin məcburi dövlət hesabına müalicəyə cəlb edilməsi, əhalinin vərəmlə bağlı maarifləndirmə işlərinin surətləndirilməsi və vərəmli xəstələrin davamlı tibbi nəzarətdə saxlanılması ilə bağlı işlər sürətlənməlidir.


Vərəmlə mübarizədə bütün dünyada olduğu kimi Azərbaycanda müvafiq qurumların, cəmiyyətin mübarizəsi daha da genişlənməlidir deyən millət vəkili bildirib ki, vərəmlə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi istiqamətində qanunvericiliyə əlavələrin edilməsinə ehtiyac olarsa qanuna təkrar baxılmasına, KİV-lərin və QHT-lərin dəstəyi ilə əhalinin maarifləndirilməsinin genişlənməsinə böyük ehtiyac var və telekanallarda vaxtaşırı vərəmlə bağlı maarifləndirici verilişlər olmalıdır deyib: “Vərəm xəstəliyinə qarşı mübarizə ilə bağlı ən effektli tədbirlərdən biri maarifləndirmə, təbliğatdır.

Bu məsələdə ciddi maarifləndirməyə, təbliğat, izahat işlərinə ehtiyac var”. Millət vəkili qeyd edib ki, xüsusilə, mediada, telekanallarda bu yöndə maarifləndirici yazılar, verilişlər, proqramlar getməlidir. “Telekanallar bu məsələdə xüsusi həssaslıq göstərməlidirlər.

Mən telekanallarda bu yöndə proqramlara demək olar ki, rast gəlimirəm. Amma vaxtaşırı bu yöndə maarifləndirici verilişlər olmalıdır. Burada həmçinin, qeyri-hökumət təşkilatlarının (QHT) üzərinə çox böyük missiya düşür. Onlar da bu məsələdə ciddi fəallıq nümayiş etdirməli, maarifləndirmə işini gücləndirməlidirlər. Müvafiq qurumlar, bölgələrdə icra qurumları QHT-lərə bu istiqamətdə fəal iş aparması üçün ciddi dəstək olmalıdır.


Çünki QHT-lər bu maarifləndirmə işinə böyük dəstək ola bilərlər. Eyni zamanda, qeyd edim ki, vərəm xəstəliyinin daşıyıcısı olan bir çox ailələrdə ciddi bigisizlik, məlumatsızlıq var. Bir çox ailələrdə artıq bu xəstəlik böyük bir bəlaya çevrilib, yəni, bütün ailə üzvləri məlumtasızlıq, maarifləndirmə olmadığı üçün bu xəstəliyin daşıyıcısına çevriliblər. Mən özüm təmsilçisi olduğum bölgədə bununla rastlamış, qarşılaşmışam. Ailənin bütün üzvləri bir otaqda vərəm xəstəsi ilə çox yaxın təmasda olur, onun əşyaları ilə, ümumiyyətlə evdə belə xəstə varsa, necə hərəkət etməli olduqlarını bilmirlər və bu da ailənin digər üzvlərinin də vərəmə yoluxmasında ciddi faktordur.




Ona görə də vərəm xəstəsi olan ailələrin bu istiqamətdə maairləndirilməsinin genişləndirilməsi də çox vacibdir. Eyni zamanda vərəm xəstələri arasında dərmanlara müqavimətin getdikcə daha da gücləndiyini nəzərə alaraq, onların davamlı olaraq yeni və effektiv dərmanlardan dövlətin dəstəyilə istifadə edə bilməsi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Eyni zamanda vərəm xəstəliyinin genişlənməsi və ağırlaşmasında sosial faktorları da ciddi nəzərə almalıyıq və bu cür xəstələrə və onların ailələrinə sosial dəstəyi artırmalıyıq.


Nəzərə alsaq ki, bu cür xəstələrin xəstəliklə mübarizədə dərmanlarla bərabər, onların yaxşı qidalanması, sosial vəziyyəti də əsas faktorlardandır, vərəm xəstələrinin ailələrinə sosial dəstəyin daha da artırılmasının vacibliyi hamımız fərqində olmalıyıq. Xüsusilə kəndlərdə, bölgələrdə xəstələrin mütəmadi olaraq həkim nəzarətində ola bilməsi, mütəmadi olaraq vərəmlə mübarizə istiqamətində mərkəzlərə, xəstəxanalara gedib gələ bilməsi üçün onlara maddi dəstək, eyni zamanda bu cür xəstələrə ambulatorda da olsa da, davamlı güclü nəzarəti təmin etməliyik. Eyni zamanda vərəm xəstələrinin əlilliyə çıxması ilə bağlı ortaya çıxan problemlərin həlli istiqamətidnə ciddi addımlar atılmalıdır.

Ölkəmizdə vərəmlə mübarizə istiqamətində ciddi işlər görülür. Əgər bu işləri daha da sürətləndirsək, vərəm xəstələrinin sayının daha da azalmasını, erkən diaqnozla və erkən müalicəsinin başlanması prosesini bu xəstələrə sosial dəstəklə genişləndirsək, vərəm xəstələrində ağırlaşma hallarının ciddi şəkildə azalda bilərik ki, inanıram ki, dövlət qurumları, MM-in və QHT-lərin birgə iştirakıyla keçirilən müzakirələrdə bu istiqamətdə sürülən təkliflər öz müsbət töhfəsini verə biləcə," - deyə millət vəkili bildirib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12