Milli Məclisdə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş dinləmələr keçirilib
A A A
03/14/2019
Oxunma sayısı : 166
Martın 14-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.

QHT.az xəbər verir ki, iclas çərçivəsində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş dinləmələr olub.

Komitənin sədri Əhliman Əmiraslanov son dövrlərdə vərəmlə mübarizə istiqamətində həm dünyada, həm də Azərbaycanda xeyli işlər görüldüyünü bildirərək deyib: “Azərbaycanda vərəmlə mübarizə, bu sahədə kadr potensialının yaxşılaşdırılması, ən müasir dərmanlarla təchizat sahəsində xeyli işlər görülüb. Vərəm bütün dünyada yaşayan insanları narahat edən qlobal bir problemdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına baxanda görürük ki, dünyada 20 milyon vərəmdən əziyyət çəkən insan var. Təxminən 6,5-7 milyon insan vərəmdən dünyasını dəyişir”.

Ə.Əmiraslanov diqqətə çatdırıb ki, ÜST vərəmlə mübarizəni prioritet məsələ kimi qeydə alıb. Dünyada 2000-2015-ci illər ərzində 49 milyon insan vərəmdən müalicə alıb və onların həyatı xilas edilib. Lakin aşkarlanma və müalicə sahəsində hələ də xeyli problemlər mövcuddur. Azərbaycanda isə son illərdə xəstəliyə yoluxmanın dinamikasında azalma müşahidə olunur. Ölkəmizdə bu istiqamətdə çox işlər görülür, hər il büdcədən səhiyyəyə ayrılan vəsait artır.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, Azərbaycanda "Vərəmlə mübarizə haqqında" Qanun 2001-ci ildə qəbul edilib, bu sənədə yenidən baxılmalıdır. Bu xəstəliklə ciddi mübarizənin aparılmasına baxmayaraq, bu gün bəzi ölkələrdə "vərəm damğası" problemi var. Vərəmli insanlar ailə qurmaqda, iş tapmaqda çətinlik çəkirlər. Ona görə də “vərəm damğası”na qarşı mübarizə aparmaq lazımdır. Azərbaycanda vərəmlə mübarizə sahəsində çox ciddi işlər aparılır, bu, davam etdirilməlidir.

Hande Harmancı deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana vərəmlə mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün lazım olan bütün yardımları göstərməyə hazırdır.

İclasda çıxış edən Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Qənirə Paşayeva, Səhiyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri, tibb mütəxəssisləri vərəmlə mübarizə barədə fikirlərini bildirib, təkliflərini veriblər. Bu xəstəliyin kökünün kəsilməsi üçün bölgələrdə maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədrindən təklif: BMT- nin Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülsün - 19 / 03 / 2019 21:25
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu! - 19 / 03 / 2019 20:36
Sahib Məmmədov: "Qanun qəbul olunacağı təqdirdə məhkəmələrin yükü azalacaq" - 19 / 03 / 2019 18:30
Azay Quliyev şəhid Məsim Əkbərovun ailəsini ziyarət edib - FOTO - 19 / 03 / 2019 14:18
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu - 19 / 03 / 2019 13:48
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib - 19 / 03 / 2019 12:54
QHT sədri Qazaxıstanda Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək - 19 / 03 / 2019 09:49
Forum prezidentindən -TƏBRİK - 19 / 03 / 2019 06:43
Əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil olundu - 18 / 03 / 2019 21:11
KİVDF-nin 10 illik yubileyi qeyd edilib - 18 / 03 / 2019 18:51
QHT Şurasından həssas sosial qrupların hüquqlarını qoruyan təşkilatlara GÜZƏŞT - 18 / 03 / 2019 16:35
Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı - 18 / 03 / 2019 16:13
QHT sədrinin səhhəti normallaşıb - 18 / 03 / 2019 14:09
Birinci qrant müsabiqəsində qalib gələn QHT-lərin adları açıqlandı - SİYAHI - 18 / 03 / 2019 13:45
lham Mədətov əlaçı tələbələrlə görüşdü - 18 / 03 / 2019 08:25
QHT Şurası 371 layihəni maliyyələşdirdi - VİDEO - 18 / 03 / 2019 08:14
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər - 18 / 03 / 2019 08:00
"Planet " verilişinin növbəti buraxılışı... - VİDEO - 18 / 03 / 2019 07:28
İlham Əliyev hər zaman ölkə vətəndaşlarını düşünür və onların hər zaman yanındadı - QHT sədri - 17 / 03 / 2019 21:09
QHT Koalisiyası Vərəmlə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirir - 17 / 03 / 2019 19:15
Masallıda gənclərlə görüş keçirilib - 17 / 03 / 2019 11:51
Əfv sərəncamı Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - 17 / 03 / 2019 10:13
Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur - 17 / 03 / 2019 08:52
İradə Rizazadə: "Əhalinin sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən biridir" - 17 / 03 / 2019 07:54
Əfv sərəncamı 14 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - VİDEO - 17 / 03 / 2019 07:17
"Azərbaycan Prezidentinin bu humanist addımı yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi" - Davud Rəhimli - 16 / 03 / 2019 19:08
"Bu Sərəncam Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi" - Emin Həsənli - 16 / 03 / 2019 19:02
QHT sədri şəhid anaları və yaşlı insanları ziyarət edib -Zaqatalada - 16 / 03 / 2019 18:44
"Ölkə Prezidentinə təşəkkür edirəm” -Hüquq müdafiəçisi - 16 / 03 / 2019 17:38
Rufiz Qonaqov: "Əfv Sərəncamı Prezident İlham Əliyevin ölkə vətəndaşlarına yüksək diqqətinin göstəricisidir" - 16 / 03 / 2019 17:12