Qalib QHT-lərin nəzərinə: - QHT Şurası yeni qaydaları açıqladı
A A A
03/18/2019
Oxunma sayısı : 4040

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2019-cu il birinci qrant müsabiqəsinin nəticələrini bu gün elan edib.

QHT-lər Dövlət Dəstəyi Şurası 2019-cu il birinci qrant müsabiqəsinin nəticələrindən irəli gələn bir sıra məsələlər ilə bağlı açıqlama yayıb.

QHT.az həmin açıqlamanı təqdim edir:

Bildiyimiz kimi, Şura Cənab Prezident İlham Əliyevin elektron hökumətin inkişafı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, həyata keçirdiyi #elektron #xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək və bununla da fəaliyyətində şəffaflıq və aşkarlığı maksimum dərəcədə artırmaq məqsədilə 2019-cu ildə 13 yeni elektron xidmətin tətbiqini nəzərdə tutur. Hazırda isə Şuranın QHT-lər üçün 7 elektron xidməti fəaliyyət göstərir. Şura, bu proqramlar arasında sürətli əlaqələndirməni həyata keçirmək və bütün elektron xidmətləri vahid bazada cəmləşdirmək üçün SƏLİS  Sürətli Əlaqələndirmə və Layihə İdaretmə Sistemi yaradır.

SƏLİS QHT-lərlə canlı təması minimuma endirməklə Şuranın elektron xidmətlərindən rahat və sürətli istifadəni təmin edəcək.

Müsabiqə qalibi olan QHT-lər qrant müqaviləsi imzalamaq üçün 27 mart 2019-cu ildən etibarən Şuranın SƏLİS çərçivəsində ilk dəfə tətbiq edəcəyi “E-növbə” xidmətindən yararlanacaq. “E-növbə” xidmətindən istifadə qaydalarıyla bağlı qısa təlimatı diqqətinizə çatdırıram:

1. Qrant müsabiqəsində qalib gəlmiş qeyri-hökumət təşkilatları müqavilə sənədlərinin Şura ilə razılaşdırılması və elektron növbənin götürülməsi üçün e-qht.az elektron xidmətlər portalının e-növbə bölməsinə daxil olur.

2. QHT nümayəndəsi təşkilatın VÖEN-ni və e-ərizə proqramında qeydiyyatdan keçdiyi şifrəni yazaraq e-növbə bölməsinə daxil olur.

3. QHT burada qalib olduğu müsabiqə və layihəylə bağlı ümumi məlumatlarla tanış olmaq imkanı əldə edir. Sonra müqavilə sənədlərinin Şura ilə razılaşdırılması məqsədilə “Sənədlərin təsdiqi” bölməsinə keçid edir.

4. Təşkilat nümayəndəsi “QHT haqqında məlumatlar” bölməsinə daxil olaraq müvafiq sənədlərə baxış keçirir və zəruri olduğu təqdirdə dəyişikliklər edərək “yadda saxla” düyməsini sıxır.

5. QHT nümayəndəsi qrant müsabiqəsinə təqdim etdiyi layihə sənədlərini nəzərdən keçirir. Şura layihəyə tələb olunandan fərqli məbləğ ayırdığı təqdirdə, layihə təklifi, icra planı və xərclər smetasını büdcəyə uyğunlaşdıraraq hər bölmədə yadda saxla düyməsini sıxır.

6. QHT nümayəndəsi təşkilat haqqında məlumatların və layihə sənədlərinin düzgünlüyünə əmin olduqdan sonra razılaşdırılması üçün Şuraya göndərir.

7. Şura Katibliyi qrant müsabiqəsi qaydalarında göstərilən vaxt ərzində sənədlərə baxır və çatışmazlıq aşkarlandıqda QHT-yə məlumat göndərir. QHT “Bildirişlər” bölməsinə daxil olaraq qeyd olunan çatışmazlıqları aradan qaldırır və müəyyən edilən vaxt ərzində sənədləri yenidən Şuraya təqdim edir.

8. Şura Katibliyi sənədlərin düzgünlüyünü yoxlayır və çatışmazlıq olmadığı təqdirdə QHT-yə təsdiq bildirişi göndərir. Bu zaman QHT-nin Şurayla imzalayacağı “Müqavilə sənədi” bölməsi aktivləşir və QHT nümayəndəsi müqavilə ilə tanış olmaq imkanı əldə edir.

9. QHT nümayəndəsi qrant müqaviləsini təsdiq etdiyi halda e-növbə bölməsinə keçid edir. Sonra müqavilənin imzalaması üçün aktiv olan günü və saatı seçir və “Yadda saxla” düyməsini sıxır.

10. Təyin edilən vaxtda QHT-nin qanuni təmsilçisi şəxsiyyət vəsiqəsi və təşkilatın möhürü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ofisinə gələrək müqaviləni imzalayır.

Məlumat üçün qeyd edək ki, “E-növbə” xidmətindən istifadə qaydalarının əksini tapdığı video çarx yaxın günlərdə QHT-lərin istifadəsinə veriləcək. 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24