Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
A A A
03/19/2019
Oxunma sayısı : 2018

|

Martın 19-da Respublika Veteranlar Təşkilatının inzibati binasında "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının, ziyalıların, gənclər təşkilatının, müəllimlərin, şagirdlərin və media nümayəndələrinin iştirakı ilə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi munasibəti ilə tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin gənc nəslə çatdırlmasıdır

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov xüsusi xidmət orqanlarının Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı taleyüklü  fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi islahatlardan, prezident İlham Əliyevin milli təhlükəsizliyin hərtəfli təminatı sahəsində gördüyü işlərdən danışıb. O, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşlarının vətənpərvərliyini, əzmkarlığını, sayıqlığını yüksək qiymətləndirib. Bu sahədə Azərbaycanın dünyaya nümunə ola biləcəyini bildirib.

Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xüsusi xidmət orqanlarının Azərbaycan tarixindəki rolundan, Respublikamızda milli təhlükəsizliyin hər tərəfli təminatından, şəxsiyyətin, cəmiyyətin və dövlətin milli maraqlarının qorunmasından danışıb. C.Xəlilov Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanlarının formalaşdırılmasından və xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin bu sahədəki fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Ulu Öndər Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğını hər zaman xatırlandığını bildirən Cəlil Xəlilov bu siyasətin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini söyləib. C.Xəilov: “Heydər Əliyevin təklükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə qurumun yad ünsürlərdən təmizlənməsinə, milliləşmə siyasətinin aparılmasına, milli kadrların irəli çəkilməsinə geniş yer verilib. 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə azərbaycanlının, məhz Heydər Əliyevin təyin olunması bu orqanın tarixində yeni bir səhifənin başlanğıcı olub. Milli Təhlükəsizliyin hərtərəfli təminatı sahəsində Ulu Öndər fundamental işlər gördü. Azərbaycan iqtisadiyyatının, siyasətinin, mədəniyyətinin, incəsənətinin, ümumiyyətlə ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın”.

Xüsusi xidmət orqanlarının bu günkü  fəaliyyətinə nəzər salan natiq dövlətin təhlükəsizliyinin daxili və xarici sferalarda etibarlı təmin olunmasından danışıb. Cəlil Xəlilov dünya təcrübəsindən bəhrələnməklə müasir dövlətçiliyimizdə bu sahədə yüksək nailiyyətlərə imza atmış xüsusi xidmət orqanlarının aşkar və gizli iş üsulları, onun dövlət idarəçiliyində rolu, xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti, beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlığın qarşısının alınmasındakı fəaliyyətinə nəzər salıb. O, Ermənistanın düşmənçilik siyasətinin qarşısının alınmasında xüsusi xidmət orqanlarının daim hazır olduğunu qeyd edib. Cəlil Xəliov: “Dağlıq Qarabağ müharibəsində xüsusi orqan əməkdaşları fədakarlıqlar göstərmiş, əsl vətənpərvərlik, vətəndaşlıq nümayiş etdirmişdirlər. İnanırıq ki, bu gün gənclərimiz milli təhlükəsizliyimizin təminatı sahəsində əllərindən gələni edəcək, xüsusi xidmət orqanlarına hər cür dəstəyi və yardımı göstərəcəklər. Gənclər həyatlarını vətənə, millətə xidmətə həsr etmiş xüsusi xidmət orqanlarının əməkdaşlarından, veteranlardan örnək götürərək əsl vətənpərvər olacaqlar”.

Çıxışında ölkəmizin təhlükəsizlik orqanlarının fəaliyyətindən söz açan Ş.Süleymanov ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb: “Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayanda ilk görüşdüyüm şəxs Heydər Əliyev idi. Onunla görüşdüm, iki saata yaxın söhbətimiz oldu. Həmin söhbət əsnasında Heydər Əliyevin dediyi sözləri, verdiyi məsləhətləri heç vaxt unutmadım. Otuz altı illik fəaliyyətimi Ulu Öndərin məsləhətləri üzərində qurdum”.

Ş.Süleymanov Ümummilli Liderin sadəliyini və qayğıkeşliyini xüsusi vurğulayıb. O, həmçinin qeyd etdi ki, Ulu Öndər kadrların təkcə xüsusi xidmət orqanları üçün deyil, digər hüquq-mühafizə orqanları üçün də yetişməsinə çalışır, bütün sahələrlə maraqlanır, Azərbaycanın, xalqımızın inkişafı üçün əlindən gələni edirdi. O, Ümummilli Liderin apardığı əməliyyatların o vaxt bütün sovet ölkələrində birinci qəbul edilən əməliyyatlardan olduğunu bildirdi.

Digər çıxış edənlər  ________  təhlükəsizlik orqanlarının fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirildiyini, Ulu öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilidiyi diqqətə çatdırıblar. Hər bir azərbaycanlının xüsusən də gənclərimiz müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı olduqlarını ölkəmizin inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli olduqlarını vurğulayıblar.

Tədbirin sonunda "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin bir qrup əməkdaşı Respublika Veteranları Təşkilatı tərəfindən yubiley medalı və fəxri fərmanla təltif ediliblər. Xatirə şəkli çəkdirib.

 

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24