Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu!
A A A
03/19/2019
Oxunma sayısı : 197
 Azerbaijan Public Speaking Competition (APSC) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır.

APSC Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU “The English-Speaking Union” təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər.

Dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən “The English-Speaking Union” təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” öz fəaliyyətini uğurla davam etdirir. Bugünə kimi bir çox natiqlik yarışması və öyrədici layihələr həyata keçirən Platforma gənclərlə bağlı müxtəlif təşəbbüsləri fəal dəstəkləyən  “Gilan Holdinq”in sponsorluğu ilə 16 mart, 2019-cu il tarixində ölkənin Gənc Natiqlər Konfransını həyata keçirib.

Konfransın əsas məqsədi ölkənin ən yaxşı gənc natiqlərini bir araya toplamaq və onların öz fikirlərini ifadə etmələrinə şərait yaratmaq olub. Həmçinin, peşəkar, beynəlxalq natiqlərin iştirakı ilə həyata keçirilən panel sessiyası müzakirələri ilə gənclərə 21-ci əsrin tələbi - natiqliyin karyera, şəxsi brendinq, biznes kimi müxtəlif sahələrdəki imkanlarını çatdırmaq olub. 

Konfransda 10 natiqin  “Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!” mövzusu ətrafındakı çıxışları hər kəs tərəfindən maraqla qarşılanıb və münsiflər heyəti tərəfindən qiymətləndirilib. Azərbaycanın ən yaxşı 3 natiqi müəyyən olunub:

1-ci yer: Adil Qafarlı - Bakı Mühəndislik Universiteti
2-ci yer: Vaqif Qasımov - Bakı-Oksford Məktəbi
3-cü yer: Lamiyə Hüseyn - “Dünya” Məktəbi

Yarışmanın qalibi Adil Qafarlı Azərbaycanı təmsil etmək hüququ qazanıb və 13-17 May, 2019-cu il tarixində Londona yola düşərək 54 ölkənin nümayəndəsi ilə yarışaraq dünyanın ən yaxşı natiqi olmaq uğrunda mübarizə aparacaq.

Tədbirdə, həmçinin, “Natiqliyin biznes və şəxsi brendinqdə əhəmiyyəti” mövzusu altında panel sessiyası həyata keçirilib. Panel iştirakçıları natiqlik üzrə beynəlxalq təlimçi Rəşad Bayramov, “100 Business Women of Azerbaijan” təşkilatının sədri Tatyana Mikayılova və PwC Azərbaycan şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Aysel Süleymanova olub.

Qeyd edək ki, eyni zamanda, APSC Amerika Birləşmiş Ştatlarının PSA “Public Speakers Association” təşkilatı ilə əməkdaşlıq edir. Hər il müxtəlif ölkələrdə baş tutan “Beynəlxalq Natiqlər Konfransı” dünyanın hər yerindən korporativ işçiləri, şirkət rəhbərlərini, natiqləri, biznes liderlərini bir araya gətirir. Konfransda Azərbaycandan seçilən şəxslər iştirak edirlər.  

Media tərəfdaşlarımız - “Trend” İnformasiya Agentliyi və “MAG” verlişi, gənclərin intellektual və peşəkar inkişafı üçün nəzərdə tutulmuş müxtəlif layihə və tədbirlərin keçirilməsinə daima dəstək və diqqət ayıran “Gilan Holdinq”-ə təşəkkürümüzü bildiririk!

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24