ƏFV SƏRƏNCAMI: YÜKSƏK HUMANİZMİN VƏ MƏRHƏMƏTİN NÜMAYİŞİ
A A A
03/20/2019
Oxunma sayısı : 353
Bunu "Sherg.az"a "Qhtxeber.az" saytının baş redaktoru Sənan Nəcəfov deyib.

Ekspert xatırladıb ki, 1995-2003-cü illərdə isə 32 əfv sərəncamı və 7 amnistiya aktı həyata keçirilib. Ölkəmizdə indiyədək imzalanan əfv sərəncamları ümumilikdə 8 minə yaxın şəxsi əhatə edib: 

"Bu rəqəmlərdən görünür ki, Cənab Prezident İlham Əliyevin əlamətdar günlər ərəfəsində əfv sərəncamları imzalaması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idarəçiliyində humanizm siyasətinin uğurla davam etdirilməsinin nümayişi, əyani sübutudur. Bəllidir ki, ölüm hökmünün ləğv olunması, əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu ilə məhkumların azadlığa qovuşub cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilmələrinə şəraitin yaradılması Heydər Əliyev siyasətinin mühüm istiqamətlərindən biri olub. Onu da xüsusilə qeyd etməliyik ki, son amnistiya aktlarından 4-nün təşəbbüsçüsü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadır. Bütün bunlar həm Heydər Əliyevin, həm hazırki prezident İlham Əliyevin, həm də 1-ci vitse-prezident Mehriaban Əliyevanın vətəndaşa humanizm və mərhəmət prinsipləri əsasında yanaşmasının göstəricisidir. Söz yox ki, yüzlərlə insanın vaxtından əvvəl azadlığa buraxılması onlara verilən yeni bir şansdır. Bu, onlara öz səhvlərindən nəticə çıxarmaq üçün həm də unikal imkan yaradır. Bu məqamın ayrıca fəlsəfi və psixoloji izahı var. Çox istərdim ki, bu yöndə elmi araşdırmalar, məqalələr yazılsın, daha geniş şərh olunsun".

Baş redaktorun sözlərinə görə, bu sərəncamı diqqətə gətirən səbəb hüquq-müdafiə təşkilatlarının daha çox müraciətləri etdikləri ictimai fəalların, nisbətən tanınmışların əfv olunmasıdır: 

"Qeyd olunan təbəqədən 52 nəfərin əfv olunması, olduqca böyük göstəricidir. Amma bunu nəzərdən qaçırmayaq ki, bütövlükdə əfv sərəncamları Cinayət Məcəlləsinin əksər maddələri ilə məhkum olunmuş şəxsləri əhatələyib. Bir az da geriyə qayıtsaq, deməliyik ki, məhkumun şəxsiyyəti, onun davranışları, ümumi vəziyyəti, zərərçəkmişin mövqeyi, ailə vəziyyəti, səhhəti və s. amillər nəzərə alınır, sonradan Əfv Komissiyasına yönəldilir. Komissiya isə bütün müraciətləri diqqətlə, dəqiqliklə və ən əsası obyektiv qaydada araşdırır. Yekunda istənilən halda qərar verən Cənab Prezidentdir və bu və ya digər şəxsin əfv olunması Cənab Prezidentin müstəsna səlahiyyətindədir. Bundan sonra baş verənlər üçün yalnız bunu demək qalır: Yüksək humanizmin və mərhəmətin nümayişi.

Söhbətimizin əvvəlində Ümummilli lider Heydər Əliyevin başladığı dövlət idarəçiliyində humanizm xəttini təsadüfən qeyd etmədim. 1995-ci ildən bu günə kimi siyasi prosesləri izləyənlər xatırlayırlar ki, indiyə qədər imzalanmış sərəncamlarda ictimai aktivləri, belə deyək nisbətən tanınmışların əfvi böyük əks-səda doğurub. Prezident İlham Əliyev hakmiyyətə gələndən sonra elə "simaları” əfv edib ki, açığı onların həbsdən azad olunmasını çox şərhçi və müşahidəçilər gözləməyiblər. Bütün bu gözləntilərə rəğmən İlham Əliyev bu addımları könül xoşluğu və cəsarətlə atıb. 

Çünki Prezident İlham Əliyev güclü lider, əsl dövlət adamıdır. O, hətta ən sərt düşmənini belə əfv edəcək qədər böyük şəxsiyyətdir".

S.Nəcəfov məşhur bir pritçanı xatırladıb:

 "Biri sənə pislik edərsə, sən ona necə cavab verərsən?”- deyə müdrik Şərq alimindən soruşurlar. "Yaxşılıqla cavab verərəm” deyən müdrikə "bir daha pislik edərsə” və bunu israrla davam etdirirsə, deyildiyində "o dediyiniz şəxslər öz pisliyindən əl çəkmirlərsə, mən niyə yaxşılığımdan əl çəkməliyəm ki?” – çox təsirli cavab verir. Xüsusilə dövlət və milli bayramlarda həbsdən azad olunan həmin insanlar arasında ölkə başçısına ən qatı düşmən olanlar da, dövlət çevrilişinə cəhd edənlər də olub. Faktiki olaraq öz rəqiblərinə mərhəmətli davranmaqdan çəkinməyən Prezidentin bu mövqeyi bir çox hallarda düşmənləri tərəfindən də müsbət qiymətləndirilib.

Çox təəssüf ki, cəmiyyətdə bəlli bir təbəqə var ki, onlar hüquqlarını car çəkə bilir, amma vəzifələrinin olduğunu unudur. Cənab Prezidentin son 75 gündə atdığı addımlar, dövlətimizin, millətimizin xeyiri naminə apardığı radikal islahatlar bir çoxlarını nokauta salıb. Baxın, bir daha sübut olunur ki, ölkədə baş verən bütün müsbət dəyişikliklərin hamısı Prezident İlham Əliyevin iradəsi daxilindədir. Proses o qədər sürətli, o qədər çevik və tutarlıdır ki, hətta rasional düşüncəlilər belə situasiyanı tam anlayıb, vəziyyəti aydın izah edə bilmirlər. 

Çatdırmaq olmur. Təkrar edirəm, rasionallar. Təsəvvür edin ki, Avropa Birliyinin rəsmi açıqlamasında Cənab Prezidentin son addımları yüksək qiymətləndirilir, gələcək əməkdaşlıqda bir daha maraqlı olduqlarını bildirdilər. Hətta bir çox müxalif liderlər Prezidentin son əfv fərmanını yüksək qiymətləndirdilər, ən radikal yazarlar belə etiraflar etdilər. Amma nə edəsən ki, son hadisələri layiqincə qiymətləndirməyi bacarmayanlar da var, bunu açıq dilə gətirmək istəmir, prosesləri hansısa aksiya, toplantı və təbii ki, xarici qüvvələrə bağlayırlar. Budur mənəvi deqradasiya, məğlubiyyətdən məyusluq və ali hisslərin itirilməsi.

 Sözsüz ki, bu cür yanaşmalar Prezidentin mərhəmət hissinə təsir etməyəcək, qeyd etdiyim pritçadakı kimi, yaxşılıq davamlı ediləcək.

Yekunda Cənab Prezidentin ənəvi Novruz təntənələri zamanı dediyi bu sözləri qeyd etmək istərdim: "Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin. Novruz bayramınız mübarək olsun!”

İsmayıl
Şərq qəzeti

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24