“Vərəmə son qoymağın Vaxtıdır” - FOTOLAR
A A A
03/24/2019
Oxunma sayısı : 475

|

KOALİSİYA VƏRƏMLƏ MÜBARİZƏDƏ SƏRHƏD TANIMIR

Bu gün 24 mart Ümumdünya vərəmlə mübarizə günüdür. Vərəm dünyada ən çox insan ölümünə səbəb olan yoluxucu xəstəlikdir.Hər il dünyada 10milyon insan vərəmlə xəstələnir və1.7 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. Dərmanlara davamlı (DD) vərəm formaları ildən-ilə artmaqda davam edir. Azərbaycan da təəssüf ki, DD vərəmin ən çox yayıldığı 30 ölkə içərisindədir. 

Vərəm əleyhinə QHT Koalisiyası hüquqi bərabərlik və könüllülük prinsiplərinə əsasında yaradılmış və əsas missiyası ölkədə vərəmə tamamilə son qoymaq və bu istiqamətdə lazımi cəhdləri sonadək davam etdirməkdir. 

Bu gün 24 mart 2019-cu il tarixində Koalisiya üzvləri, səhiyyə sahəsində fəaliyyət göstərən aktivist QHT-lər, könüllülər və jurnalistlər Fəvvarələr meydanında “Vərəmə son qoymağın Vaxtıdır” adlı aksiya keçirdilər. Əsas məqsədləri insanları xəstəlik barədə məlumatlandırmaq və səhiyyə maarifi materialları paylamaq idi. Aksiya nəticəsində 200-ə yaxın insan maariflənmiş və vərəm haqqında maarifləndirici materiallar əldə etmişdir. 

Daha sonra üzvlər hər biri ayrı-ayrılıqda kamera qarşısına keçərək müsahibə vermiş, günün əhəmiyyətini medya vasitəsilə insanlara çatdırmağa çalışmışlar. 

Koalisiya üzvləri əlamətdar gün münasibəti ilə öz fəaliyyətlərinə fevral ayından start verərək, ilkin olaraq, Azərbaycan Pedaqoji Universitetində vərəm haqqında maarifləndirmə tədbiri keçirmiş, daha sonra mart ayının 15-də Ramana qəsəbəsində yerləşən Qubadlı rayon məcburi köçkün məktəbində şagird və müəllim heyəti üçün məlumatlandırıcı sessiya təşkil etmişdir. 

Mart ayının 14-də Koalisiya üzvləri Milli Məclisdə “Ümumdünya vərəmlə mübarizə günü”nə həsr olunmuş İctimai dinləmədə iştirak etmiş və vərəm xidmətləri sahəsində mövcud olan birsıra çətinlik və ehtiyacları Millət vəkillərinin diqqətinə çatdırmışlar. 

22 mart tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin təşkil etdiyi “Vərəmlə mübarizə gününə həsr edilmiş video konfrans”da Koalisiya üzvləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Koalisiyanın iş birliyi nəticəsində əldə edilmiş uğurlu nəticələr barədə çıxış etmişlər. Konfransda 6 ölkə-  Gürcüstan, Qırğızıstan, Belarusiya, Rusiya, Amerika Birləşmiş ştatları və  Azərbaycandan nümayəndələr iştirak edirdi. 
Səhhət sərhəd tanımır, gəlin güclərimizi birləşdirək və vərəmə son qoyaq!

Vərəmlə mübarizədə əlbir olmaq Vaxtıdır!

Sağlamlığa Xidmət ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24