SƏLİS - İstəyin və Bacarığın birləşdiyi brend!
A A A
04/08/2019
Oxunma sayısı : 1429


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni təqdim etdiyi brend- SƏLİS-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-növbə proqramı QHT-lər tərəfindən yüksək qiymətləndirilməkdədir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, bu proses sadəcə növbələrin elektron formada alınmasından ibarət deyil.
Bu mərhələyə qədər QHT-lər e-növbə proqramı çərçivəsində layihə sənədlərini katibliyin əməkdaşları ilə elektron formada uyğunlaşdırlmasını həyata keçirirlər. İKT məhsulları haqqında məlumatlı olan şəxs kimi qeyd etmək istərdim ki, Şura minimum imkanlar çərçivəsində, çox böyük proqram təminatı hazırlayıb ərsəyə gətirmişdir. Bundan əlavə də yaxın gələcəkdə xeyli sayda digər proqramların da SƏLİS-ə inteqrasiya olunması gözlənilir.

SƏLİS-in üstünlükləri:

  • Çevik və surətli idarəetmə;
  • Xidmətlərin rahat və əlçatanlığın təmin olunması;
  • Vaxt itkisinin aradan qaldırılması;
  • Şəffaflıq və aşkarlığın təmin olunması;
  • QHT-lər və Şura üçün vahid məlumat bazasının formalaşması;
  • Hər hansı subyektiv amillərin aradan qaldırılması.
Elektronlaşma, idarəetmə və xidmətlərdə İKT həllərin tətbiqi dövrümüzün yeni çağırışları sırasındadır.
Sadəcə bu həllərin tətbiqində 2 amilin uzlaşması vacib şərtdir. Birinci amil həqiqətən bu xidmətlərin əlçatanlığının yüksək səviyyədə təmin olunması ilə bağlı istəyin olmasıdır.
Bu xidmətin yüksək səviyyədə təşkilində Şura rəhbərliyi nəinki istəyini sübut etdi, hətta təkliflər üçün müxtəlif kommunikasiyalardan istifadə etməklə, prosesdə QHT-lərin də rolunu önə çəkdi.

İkinci amil isə yeniliyin tətbiqində komandanın bacarığından ibarədir. Bu məqamda da Şura komandası bütün vacib məsələləri nəzərə alıb. Bununla bağlı xüsusi məqama da diqqəti çəkmək istərdim. Bəzi qurumlarda da 3-4 elektron xidmət mövcuddur. Bu xidmətlərdən istifadə etmək üçün hər bir xidmətə ayrı-ayrılıqda daxil olmaq tələb olunur. Şurada da QHT-lər  tərəfindən istifadə olunan 7 elektron xidmət mövcuddur. Verilən məlumata görə, SƏLİS brendi çərçivəsində artıq bu  xidmətlərin vahid bazası formalaşır və giriş vahid pəncərədən həyata keçiriləcək.

Digər bir məqam isə bildirişlərin e-mail və SMS vasitəsi ilə təqdim olunmasıdır. Bu vasitə ilə bildirişlər təqdim olunduğu üçün QHT-lər də buna adekvat olaraq, tez reaksiya verə bilirlər. Bu məqam nəzərə alınmasaydı, hər hansı avadanlığı olmayan region QHT-si gün ərzində bir neçə dəfə şəhərin mərkəzinə gələrək, hər hansı internet klubdan şəxsi kabinetini yoxlamaq məcburiyyətində qalacaqdı. Bu da həm iqtisadi, həm də vaxt baxımdan QHT rəhbəri üçün itki idi. Və yaxud əksinə 2-3 gündən bir gələrək hesabını yoxlamalı idi. Bu da layihənin ümumi fəaliyyətinə mənfi təsir edəcəkdi. Göründüyü kimi, kiçik bir amil, prosesin sürtələnməsinə böyük təkan vermişdir.

Bizim SƏLİS hekayə və ya narahat şəraitdə rahat xidmətdən istifadə


“İnformasiya Təşəbbüslərində Dəstək” ictimai birliyi olaraq, 1-ci qrant müsabiqəsinin qalibi kimi, sənədləri ayrılmış büdcəyə uyğunlaşdıraraq, yeni proqram vasitəsi ilə katibliyə göndərdik. Qısa müddətdə sistem vasitəsi ilə katiblik əməkdaşlarının kiçik qeydləri gəldi. Həmin qeydləri nəzərə alaraq, təkrarən layihəni təqdim etdik.

Evə qayıdarkən QHT Şurasından həm e-mail vasitəsi ilə, həm də SMS vasitəsi ilə sənədlərin təsdiqi və E-Növbə seçimi ilə bağlı informasiya aldım.
Evə çatdıqdan sonra, rahat formada, masa arxasında və çox qısa müddətdə E-növbənin seçilməsini həyata keçirəcəyimi duşundum.
Amma nədən bu prosesi smartfonla yoxlamağa cəhd etməyim deyə fikirləşdim. Bu həm də proqramın monitorinqi olardı. Belə fikirləşərək, bir əlim tutacaqda (ayaq üstə avtobusda), digər əlimlə smartfonla e-növbə proqramına daxil oldum.

Digər QHT rəhbərlərinin də qeyd etdiyi kimi, 15-20 saniyə müddətində sistemdən mənə uyğun olan saatı seçdim. Və dərhal sistemdən SMS vasitəsi ilə E-Növbənin qeydə alındığı haqda təsdiq informasiyası gəldi. Bir sözlə, bu qədər SƏLİS!

İlk gündə müqavilələr bağlayan təşkilatlar sırasında biz də var idik.
E-növbə tablosunda QHT-lərin adı və müqavilə saatı göstərilir. Müqavilə vaxtı çatdıqda müvafiq məlumat verilir. Biz də bu prosesi 1 dəqiqə ərzində həyata keçirərək, xüsusi hazırlanmış qovluqda müqaviləmizi əldə etdik. Bayram əhval ruhiyyəsi olduğundan prosesə müqavilə bağlanma ərəfəsində və banner qarşısında foto çəkilişlər də əlavə olundu. Bir sözlə, hər şey mükəmməl idi.


Müşahidələrimiz və üzlərdə olan məmnunluq ifadələri



Müşahidələrimiz də QHT-lər tərəfindən bu sistemin müsbət qarşılanmasını göstərdi. Xüsusən bu sistemin tətbiqi region QHT-ləri üçün əvəzedilməzdir. Ötən illərdə katiblik əməkdaşları tərəfindən regiondan gələn QHT-lər xüsusi diqqət göstərilirdi ki, 1 gün ərzində onların sənədləri yekunlaşaraq, müqavilələr bağlansın. Bir çox hallarda Bakı şəhərində fəaliyyət göstərən QHT rəhbərləri də, öz növbələrini region QHT rəhbərlərinə verməklə bu prosesə dəstək verirdi. Bəzən layihə ilə bağlı müəyyən düzəlişlərin (Məsələn: büdcədə bəzi xərc maddələri var ki, Nazirlər Kabinetinin müvafiq qərarı əsasında formalaşır və s.) aparılması səbəbindən müqavilənin 1 gün müddətində bağlanması mümkün olmurdu. 

Regiondan fəaliyyət göstərən Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri Nəsrulla Nurullayevlə söhbətimizdə də Nəsrulla müəllim, bu proqramın onlar üçün daha çox əhəmiyyət daşıdığını qeyd etdi.

Katibliyin əməkdaşı tərəfindən keçirilən xidmətin keyfiyyəti haqqında  sorğu ilə bağlı onu qeyd etmək istərdim ki, bu sorğuda sözə ehtiyac qalmırdı. QHT rəhbərlərinin üzlərində məmnunluq ifadələrini oxumaq çətin deyildi.


Yekun

Şura tərəfindən təqdim olunan SƏLİS xidmətinin üstünlükləri təkcə QHT-lər üçün müsbət nəticələrlə kifaytətlənmir. Çevik kommunikasiya və idarəetmə bazasının formalaşması katibliyin əməkdaşları uçun də iş keyfiyyətinin yüksəlməsinə xidmət edəcək. Müxtəlif hesabat və monitorinqlər aparılması və layihələrin nəticələrini haqqında məlumatların avtomatik formada əldə olunması əlavə vaxt itkisinin aradan qaldırmasına xidmət edəcək.

Bu platforma ideyası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev tərəfindən ötən ilin sonunda irəli sürülüb və bir çox yenilikləri özündə ehtiva edir.

Yeni formalaşan SƏLİS brendinə yaxın zamanda bir neçə əlavə xidmətin də qoşulması gözlənir. Bir sözlə ifadə etsək, SƏLİS vətəndaş cəmiyyəti təşkilatları üçün mühüm və vacib komponentləri özündə birləşdirən bir platforma olaraq, bu sektora öz tövhəsini verəcək.

Cəsarət Hüseynzadə
“İnformasiya Təşəbbüslərinə Dəstək”
ictimai birliyinin sədri




ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24