Səbuhi Abbasov ATƏT-in tədbirində: “Ermənistan işğal etdiyi əraziləri insan alveri üçün mərkəzə çevirib”
A A A
04/09/2019
Oxunma sayısı : 379
"Bütün dünya bilir ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edibdir. Heç kimə sirr deyil ki, bu ərazilər narkoticarətçilər və insan alverçiləri üçün mərkəzə çevrilibdir. Bu təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükədir. Bügün işğal altında olan Dağlıq Qarabağda dünyanın ən təhlükəli terror təşkilatlarının mənzil qərargahları yerləşir”


QHT.az verir ki, bu sözlər Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov 08-11 aprel 2019-cu il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində, ATƏT-in mənzil qərargahında "İnsan alveri ilə mübarizədə texnologiyadan istifadə etmək: məsuliyyəti aktivə çevirmək" mövzusunda keçirilən 8-ci sessiyası zamanı çıxış edərkən deyib: "QHT sədri olaraq mənə çıxış imkanı verdiyinizə görə təşəkkür edirəm. İnsan alveri, onun fəsadları ilə bağlı məndən öncə çıxış edənlər ətraflı danışdılar. İnsan alveri əslində qul alverinin müasir formasıdır. İnsanlara alınıb-satıla bilən bir əşya kimi baxılır, onlar əsasən seks sənayesi, eləcə də kənd təsərrüfatı sahəsində tər tökməyə, qəpik-quruşa, çox vaxt isə tamamilə pulsuz məcburi işlərə cəlb edilirlər. Alver qurbanı kimi müəyyənləşdirilənlərin əksəriyyəti qadınlardır, lakin bəzən kişilər də alver qurbanına çevrilirlər. Bundan əlavə, zərər çəkənlərin çoxu gənclərdir, bəzən isə uşaqlardır. 
Son 10 ildə dünyada texnologiyanın inkişafı ilə bağlı olaraq insan alveri də yeni müstəviyə keçib. Texnoloji yeniliklər bir çox hallarda insan alveri ilə mübarizədə aidiyyatı qurumların köməyinə çatır. Lakin bir çox hallarda yeni texnoloji alətlər insan alverçiləri üçün əsl fürsətə çevrilibdir. Son 5 ildə Yaxın Şərqdə baş verən siyasi proseslərdən sonra din adı altında yüzlərlə insan insan alversinin qurbanına çevrilibdir. Onların böyük əksəriyyəti məhz müasir texnoloji alətlər vasitəsi ilə qurbana çevriliblər. Sosial şəbəkələr, mobil tətbiqlər, ünsiyyət üçün nəzərdə tutulan müxtəlif proqram təminatları insan alverçilərinin işini daha da asanlaşdırıbdır. Bu mənada beynəlxalq təşkilatlar, QHT-lər, qlobal media qurumları bu sahədə ciddi maarifləndirici tədbirlər həyata keçirməlidirlər. İnsan alveri sahəsində ən ciddi problemlərdən biri də işğal altında olan ərazilərlə bağlıdır. İşğal vaxtı əsir düşən insanlar da insan alverinin qurbanlarıdırlar. Onların taleyi barədə hələ də heç bir məlumat yoxdur. Bütün dünya bilir ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edibdir. Heç kimə sirr deyil ki, bu ərazilər narkotik ticarətçiləri və insan alverçiləri üçün mərkəzə çevrilibdir. Bu təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükədir. Bügün işğal altında olan Dağlıq Qarabağ dünyanın ən təhlükəli terror təşkilatları üçün mənzil rolunu oynayır. 
Diqqətinizə görə təşəkkür edirəm.”

Məlumat üçün qeyd edək ki, 08-11 aprel 2019-cu il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində, ATƏT-in mənzil qərargahında "İnsan alveri ilə mübarizədə texnologiyadan istifadə etmək: məsuliyyəti aktivə çevirmək" mövzusunda 8-ci sessiyası keçirilir. Bu toplantıda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər. Dünyanın ən nüfuzlu QHT və media nümayəndələrinin iştirak etdiyi tədbirə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert olaraq Səbuhi Abbasov dəvət olunub. Səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşıb. 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24