Azərbaycanda keçirilən rəy sorğusunun nəticələri xalqımızın Prezidentə etibarının və inamının bariz göstəricisidir
A A A
04/10/2019
Oxunma sayısı : 389

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan siyasi kurs beynəlxalq aləmdə Azərbaycanın yeni imicini formalaşdırıb. Bu gün Azərbaycan dünyada yüksək iqtisadi göstəriciləri, tolerantlıq, humanizm prinsiplərinə əsaslanan siyasi kursu və tarixi ənənələrə sadiq, milli kimliyinə, mədəni irsinə sahib çıxan ölkə kimi tanınır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət, azərbaycançılıq ideologiyası dövlət və vətəndaş birliyinin sarsılmazlığına söykənir. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bütün sahələrdə, eləcə də xalqımızın bütün təbəqələrinin yaşayışına müsbət təsir edir. Qürurla deyə bilərik ki, Azərbaycan digər dövlətlər üçün nümunədir.

Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib.

C.Xəlilov bildirib ki, Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan məkrli qüvvələrin haqsız siyasi təzyiqləri, qarayaxma cəhdlərinə məruz qalıb. Bu gün Azərbaycanın iqtisadi, sosial və hərbi qüdrəti, qətiyyətli daxili və xarici siyasəti dünya dövlətlərini və onların təmsil etdikləri qurumları açıq sözlü olmağa, həqiqəti təhrifsiz göstərməyə vadar edir. Sevindirici haldır ki, biz bütün bunları görür, günü-gündən çiçəklənən Azərbaycanımızın inkişafı üçün Prezident İlham Əliyevin ətrafında daha sıx birləşirik.

“Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlara, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Fransanın “Opinion Way” şirkətinin keçirdiyi sorğu bir daha göstərdi ki, xalqımız düzgün seçim edib. Prezident xalqın inam və etibarını qazanıb. Bu sorğunun nəticələri dövlət-vətəndaş birliyini bir daha əks etdirir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, Azərbaycan qarşısına qoyduğu bütün məsələlərin öhdəsindən layiqincə gəldiyini dəfələrlə sübut edib. Ermənistanın apardığı düşmənçilik siyasətinin qarşısında əzmlə dayanan Azərbaycan düşməni bütün sahələrdə olduğu kimi, hərb meydanında da yerində oturdub. Aprel döyüşlərində və Naxçıvan əməliyyatında qazanılan parlaq qələbə və cəbhə bölgəsində vəziyyətə tam nəzarət Orduya dövlət qayğısının əyani göstəricisidir. Bütün bunlar xalqımızda işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə qəti inam yaradır. Bütün sahələrin əsaslı inkişafı nəticəsində respublikanın sosial, iqtisadi, siyasi, hərbi, elmi, dini, ekoloji təhlükəsizliyinin təmin edilməsi isə on milyonluq Azərbaycan xalqının gələcəyinin işıqlı, parlaq olacağına əsas verir. Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri xalqımızın bu mühüm missiyanın həyata keçirilməsində öz liderinə qəti inamını və dəstəyini açıq şəkildə ifadə edir.

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24