Assosiasiya: Tibbi genetik laboratoriya yaradılsa, ölkədə irsi genetik xəstəliklərin qarşısı alınacaq
A A A
04/11/2019
Oxunma sayısı : 956

|

Məqsədimiz hemofiliyalı pasiyentlərin müalicəsində istifadə edilən əvəzolunmaz laxtalanma faktor konsentratları preparatlarının minimal beynəlxalq vahid dozasını 2-dən 4 vahidə çatdırmaq və bununla da respublikada olan bütün pasiyentlərə dərman preparatlarını əl çatan etməkdir”.

QHT.az ONA.az-a istinadən xəbər verir ki, bunu "Azərbaycanda hemofiliya: problemlə necə mübarizə aparmalı?" mövzusunda keçirilən mətbuat konfransında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası sədrinin müavini Ayaz Hüseynov deyib.

O bildirib ki, regionlarda yaşayan hemofiliyalı pasiyentlər üçün dərman preparatlarının regionlarda olan mərkəzi xəstəxanalara paylanılması ilə pasiyentin dərmanlara daha əlçatanlığı və keyfiyyətli müalicəsi təmin olunacaq: "Məqsədlərimizdən biri tibbi genetik laboratoriyanın yaradılmasdır. Azərbaycanda tibbi genetik laboratoriya yaradılsa, ölkədə bir çox irsi genetik xəstəliklərin qarşısı alınmış olacaq. Bununla da Azərbaycanın sağlam genofondunu təmin etmiş oluruq”.

A.Hüseynov deyib ki, pasiyentlərin təkmilləşmiş elektron bazasının yaradılması və pasiyentə individual yanaşma da əsas məqsədlərimizdən biridir: "Hər bir pasiyentə həkim tərəfindən kompleks şəkildə individual yanaşma olsa, bu həm keyfiyyətli müalicə, həm də dövlət tərəfindən bahalı dərman preparatlarının qənaəti deməkdir".

Direktor: “Şirvan Regional Hemofiliya Mərkəzində 186 xəstə qeydiyyatdadır”

Mətbuat konfransında çıxış edən Şirvan Regional Hemofiliya Mərkəzinin rəhbəri Təranə Cəlilova deyib ki, Şirvan Regional Hemofiliya Mərkəzi 9 rayondakı xəstələrə xidmət göstərir. Bu rayonlara Şirvan, Salyan, Sabirabad, Neftçala, Saatlı, İmişli, Beyləqan, Hacıqabul və Kürdəmir rayonları aiddir.

O bildirib ki, 9 rayon üzrə 186 xəstə var: “Onlardan 135 nəfərində hemofiliya A, 11-də hemofiliya B, 30-da isə Villebrand xəstəliyi var. Bir xəstədə 12-ci faktor, birində 10, bir xəstədə isə həm 5, həm 8-ci faktorun defisiti var”.

T.Cəlilova deyib ki, xəstəliyə ən çox İmişli və Beyləqan rayonlarında təsadüf edilir: "Mərkəzimizdə tam ixtisaslaşmış həkim briqadası var. Mərkəzimizin problemi faktor çatışmazlığı ilə əlaqədardır ki, xəstələrə yalnız ambulator yardım göstərə bilirik. Dərmanlar bizim Mərkəzə də verilsəydi, fəaliyyətimiz daha da genişlənərdi".


”Azərbaycanda hemofiliyalı xəstələrin sayı 1633-ə çatıb

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova çıxışında qeyd edib ki, “Azərbaycanda hemofiliyalı xəstələrin sayı ildən-ilə artır. Əgər 2005-ci ildə 900 hemofiliyalı xəstə qeydiyyatda idisə, indi bu 1633-ə çatıb”.

O bildirib ki, 2018-ci ildə dərmanla bağlı çətinliklər olub, dərmanların miqdarı azalıb: "Bunun bir sıra səbəbləri var. Bunlardan biri odur ki, dərmanların qiyməti yüksəkdir. Bir səbəb də odur ki, xəstələr müalicə alır, ömürləri uzanır və dərman da çox lazım olur. Bundan başqa, xəstələrin 80 faizi 15 yaşdan yuxarı olan xəstələrdir. Yaş və çəki artdıqca, dərmana tələbat da artır. Bəzən bir xəstə ildə 20 dəfə müraciət edir və dərman çatmır. Xəstələr də qənaət etməlidirlər".

E.Qədimova deyib ki, bu il vəziyyət nisbətən yaxşıdır: "Biz 4 xəstəyə endoprotez qoymuşuq və 54 ağır hemofiliyalı xəstə profilaktika müalicəsi alır".

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24