Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirilib
A A A
04/11/2019
Oxunma sayısı : 986
11 aprel 2019-cu il tarixində Hökumət evinin akt zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müxtəlif sahələr üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, Komitə yanında yaradılan İctimai Şuranın üzvlərinin iştirakı ilə tədbir keçirib.

Komitə sədri Hicran Hüseynova bildirib ki, cəmiyyətdə qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə bağlı mübarizə tədbirlərinin gücləndirilməsi, uşaqlara qarşı zorakılıq hadisələrinin, uşaq əməyinin qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən qərarlar, fərman və sərəncamlar nəticəsində ailə institutunun gücləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiə edilməsi istiqamətində mühüm addımlar atılır, vacib tədbirlər həyata keçirilir.

O bildirib ki, vətəndaş cəmiyyəti insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir. Bu institutun sosial əsasını hər bir vətəndaşın qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət təşkil edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk növbədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna önəm verməyə başlayıb: “Vətəndaş cəmiyyəti birbaşa hüquqi dövlətin yaranması və inkişafı ilə bağlıdır. Bu gün ölkəmizdə 3000-dən çox QHT var. Onlardan 220-dən çoxu qadın və 350-yə qədəri isə uşaq təşkilatlarıdır. Komitə olaraq, biz aktiv fəaliyyət göstərən müvafiq QHT-lərin 80%-i ilə yaxından əməkdaşlıq edirik. Eyni zamanda, ictimai iştirakçılığın artması və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması üçün Komitənin nəzdində İctimai Şura yaradılmışdır. İctimai  Şura  dövlət qurumlarının transparent fəaliyyətinə müsbət təsir göstərir.”

H.Hüseynova bildirib ki, bu institutlar ölkədə tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Onlar  cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında cənab Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti vardır.

Komitə sədri qeyd edib ki, vətəndaş cəmiyyəti dedikdə, eyni zamanda,  təşəbbüskarlıq mühiti başa düşülür. Lakin təşəbbüskarlıq vətəndaşlarımızın hüquqlarının müdafiəsinə, cəmiyyətdə aktiv iştirakına bir dəstək olmalıdır. Əfsuslar olsun ki, bəzən QHT nümayəndələri bunun əhəmiyyətini dərindən dərk etmir, özünü tanıtmaq, qrant almaq üçün fəaliyyət göstərirlər.

Hicran Hüseynova diqqətə çatdırıb ki, qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə bağlı məlumatları kütləvi informasiya vasitələri bir çox hallarda reklam və reytinq xatirinə ictimaiyyətə çatdırırlar. Bu cür informasiyalara xüsusi həssaslıqla yanaşılmalıdır. Qeyd edək ki, qadınlara və uşaqlara qarşı zorakılıq hadisələrinin qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən ciddi, obyektiv və operativ qaydada araşdırmalar aparılır.

O, çıxışının sonunda  vurğulayıb ki, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları, eyni zamanda media nümayəndələri arasında səmərəli dialoqun qurulması cox vacibdir. Və biz sağlam dialoqun, əməkdaşlığın tərəfdarıyıq. Dövlət Komitəsi olaraq biz bütün təşkilatlara açığıq, onların rəy və təkliflərini dinləməyə hazırıq.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, vətəndaş cəmiyyəti institutları ilə bu cür görüşlərin keçirilməsi çox faydalı və doğru atılmış addımdır. Qadın və uşaqlarla bağlı sosial şəbəkələrdə paylaşılan hər bir məlumata qarşı obyektiv fikirləri ortaya qoymaq lazımdır. Bu gün bir çox QHT nümayəndələri sosial şəbəkələrdə də çox aktiv fəaliyyət göstərirlər və paylaşılan qeyri-dəqiq məlumatlara dərhal reaksiyalarını bildirirlər. Onların bir çoxu  peşəkar ekspert mövqeyindən çıxış edərək həm də müvafiq istiqamətlər üzrə vacib layihələr təqdim edirlər. Biz bütün vətəndaş cəmiyyəti təşkilatlarını qadın və uşaqlara qarşı baş vermiş zorakılıq hadisələri ilə bağlı operativ və obyektiv fikirlərini səsləndirməyə və öz müsbət mövqelərini nümayiş etdirməyə çağırırıq.

Fərasət Qurbanov diqqətə çatdırıb ki, dövlətimiz tərəfindən qeyri-hökumət təşkilatlarına daim dəstək göstərilir, onların təşəbbüsləri hər zaman dəstəklənir. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlarda biz deyilənlərin şahidi oluruq.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Gülsəl Səfərova çıxış edərək bildirib ki, vətəndaş cəmiyyəti institutlarına dövlətin diqqəti, qayğısı hər zaman yüksək olub. O qeyd edib ki, Komitənin qeyri-hökumət təşkilatları ilə birgə təqdirəlayiq əməkdaşlığı var. Gülsəl Səfərova vətəndaş cəmiyyətinin xalq və dövlət arasında bir körpü olduğunu deyib və bildirib ki, vətəndaş cəmiyyətinin inkişafı ümumilikdə Azərbaycanın inkişafıdır.

G.Səfərova kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan məlumatlara da diqqət çəkərək qeyd edib ki, mediada və sosial şəbəkələrdə nifrət doğuran xəbərlərin yayılması pislənməlidir.

Çıxış edən qeyri-hökumət təşkilatı nümayəndələri mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

Sonda qeyd olunub ki, Komitə digər dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə birgə tədbirlərin keçirilməsini təşkil edir. 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24