Ostrava Universitetində fotosərginin açılışı baş tutmuşdur.
A A A
04/15/2019
Oxunma sayısı : 236

|

  Ostrava Universitetində fotosərginin açılışı baş tutmuşdur.

               11 aprel 2019-cu il Ostrava Universitetinin, Bakı Slavyan Universitetinin və Azərbaycanın Çexiyadaki səfirliyinin birgə təşkil etdiyi Azərbaycan mədəniyyətinə dair sərgi vernisajı keçirilmişdir. Tədbirdə Azərbaycanın qədim, orta əsrlər və müasir dövrlərə aid memarlıq komplekslərini, eləcə də Azərbaycanın təbiətini əsk etdirən 29 ədəd fotoşəkil sərgilənmişdir.

               Azərbaycan         Fotoqraflar Birliyinin üzvləri Mirnaib Həsənoğlunun, Əminə Mirlinin, Fərqanə Qasımlının, Rauf Umudovun, Fətəli Fətəliyevin və İsmayıl Kərimovun çəkdikləri və sərgi üçün təqdim etdikləri bu fotoşəkillərdə əsasən Azərbaycanda olan qədim alban kilsə və manastır komplekslərinindən Xudavənd, Kiş, Pəri qalası kompleksləri, orta əsrlərə, Şirvanşahlar dövrünə aid saray kompleksləri, Azərbaycanın UNESCO-nun mədəni irsi siyahısına daxil edilmiş "Qız qalası" kompleksi, polyak əsilli memarlar İosif Qoslavskinin, Kazimir Skureviç, İosif Ploşkonun Bakida inşa etdikəri barokko və qotika üslublu binalar, Azərbaycanda keçirilən Avroviziya, İlk Avropa Oyunlarının və İslam Oyunlarının keçirildiyi idman-konsert kompleksləri nümayiş etdirilmişdir. Bunlarla yanaşı burada turistlər üçün atraktiv sayılan palçıq vulkanlarına, Naxçıvanda yerləşən "İlandağ"ına və "Duzdağ"ı fizioterapiya mərkəzinə dair fotoşəkillər yer almışdır. Sərginin məqsədi Azərbaycan xalqının qədim tarixə və mədəniyyətə malik olduğunu, müxtəlif dini konfessiyalara aid ibadətgahların hazırda da fəaliyyət göstərdiyini, Şərqə və Qərbə aid oyunların və yarışmaların ölkəmizdə keçirildiyini, bununla da Azərbaycan xalqının multikultural dəyərlərə qədimdən bugünədək sevgi və sayqı duyduğunu iştirakçılara çatdırmaq idi.

               Sərgini açıq elan edən Ostrava Universitetinin Fəlsəfə fakültəsinin nümayəndəsi Nela Parmova Azərbaycanın tarixi və mədəniyyətindən danışaraq kəşf olunacaq bir sıra gözəlliklərin mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra Azərbaycan Respublikasının Praqadaki səfirinin köməkçisi Eldar Vəliyevə və Bakı Slavyan Universitetinin Çex Dili və Mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərova söz verilərək, onların Çexiya və Azərbaycan əlaqələrinin, eləcə də Ostrava Universitetinin Bakı Slavyan Universiteti ilə əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə dair fikirləri dinlənildi.   

                Daha sonra qonaqlara Heydər Əliyev fondunun hazırladığı "Land of Fires" ("Odlar Yurdu") adlı qısa video nümayiş etdirildi, Azərbaycanın bayrağı və rəqsləri barədə məlumat verildi, sərgi iştirakçıları ilə birgə "Yallı" rəqsi oynanıldı.

               Qeyd edək ki, sərgilənən şəkillər üç həftə ərzində Ostrava Universitetinin Fəlsəfə fakültəsində təşkil olunmuş qalereyada tələbə, professor-müəllim heyyətinin marifləndirilməsi sərgilənəcəkdir.

 Bakı Slavyan Universitetinin Çex dili və mədəniyyəti mərkəzinin müdiri  Qəmbər Qəmbərov  sərginin təşkilatcılarından olaraq Bakı Slavyan Universitetinin və Azərbaycan Fotoqrafları Birliyinin uğurlu əməkdaşlıqını qeyd etmişdir.  Bu sərginin təşkilində AFB-nin üzvlərinə minətdarlıqıni bildirmişdir.

 

Azərbaycan Fotoqrafları ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Qadınlar Qarabağ Forumu keçirdi - 24 / 04 / 2019 21:05
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24