Dialoq Platforması: Dialoq necə olur bəs?
A A A
09/21/2016
Oxunma sayısı : 15693
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin rəhbəri
"Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis edildi.

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4-cü müddəasında Dialoq Platformasının yaradılması xüsusi olaraq tövsiyə edilib. Bunu əsas götürən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Platforma yaradılması təşəbbüsü ilə çıxış edib.

9 hökumət, 31 Vətəndaş Cəmiyəti təmsilçisi Açıq Hökumətin Təşviqinə dair “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması“nın yaradılması barədə Memorandum imzalayıblar. Sənəddə imzası olanlar arasında rəhbərlik etdiyim Jurnalist Ekspert Mərkəzi də var. Platformanın qapıları bütün hökumət qurumları və QHT-lər üçün açıqdır. Daha doğrusu, Platforma özündə bütün hökumət qurumları və vətəndaş cəmiyyəti institutlarını birləşdirib. Məqsəd ən yüksək səviyyədə dialoqa nail olmaqdır.

Təsis konfransında bir daha məlum oldu ki, Azərbaycan cəmiyyətində yüksək səviyyəli dialoq mədəniyyəti var. Təsis konfransı olmasına baxmayaraq, QHT rəhbərləri çıxışlarında çatışmazlıqları açıq şəkildə bəyan edir, hökumət nümayəndələri problemlərin aradan qaldırılmasına hazır olduqlarını bildirirlər.

Platformanın koordiantoru açıq səsvermə yolu ilə Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev seçildi. Ə. Nuriyevin bu sahədə böyük təcrübəsi var. O, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT koalisiyasına rəhbərlik etdiyi iki il müddətində gördüyü işlərlə bunu sübut edib.
Platformanın reqlamenti hazırdır. Üzvlər ayda iki dəfədən az olmayaraq toplaşıb, dövlət orqanlarının, QHT-lərin və vətəndaşların müraciətlərini müzakirəyə çıxaracaq. Təsis konfransında çıxış edən hökumət nümayəndələri açıq şəkildə bildirdilər ki, dialoq nəticəsində meydana çıxan bütün problemləri həll etməyə hazırdılar.

Təsis konfransında səsləndirmək üçün qeydlər götürmüşdüm. Söz mənə veriləndə xeyir-duayla kifayətləndim. Cəmiyyətin monoloq fəlsəfəsinə yox deyib, dialoq əhval-ruhiyyəsinə köklənməsi böyük hadisədir. Eşidilmək demokratiyanın təməl prinsipidir. Eşitdiyindən nəticə çıxarmaqsa demokratiyanın, azadlığın, insan haqq və hüquqlarının özüdür.

Beynəlxalq təşkilatlar bəyanatlarında tez-tez qarşılıqlı etimad mühitindən söz açırlar, ölkələri "dialoq yoxdur" təhdidinə məruz qoyurlar. Bu arqumentləri səsləndirəndə onların hansı mənbəyə istinad etdikləri bilinmir. İnsafınız olsun, "Azərbaycanda dialoq mühiti yoxdur" fikrini necə səsləndirmək olar? Elə bir QHT rəhbəri varmı, Şura sədri, hörmətli millət vəkilimiz Azay Quliyevlə arasında baryer olsun? Elə bir müsabiqə olubmu, iştirak edən QHT layihəsinin maliyyələşməsinə qarşı qərəz hiss etsin?

Platformanın təsis konfransında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu xarici donorlarla təşkilatların münasibətində üzləşdikləri əngəldən danışdı. Sərt danışdı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hörmətli millət vəkilimiz Əli Hüseynli bu sərtliyin qarşılığında olduqca yumşaq tonla "əmin olun ki, qaldırdığınız bütün problemlər həll olunacaq" dedi. Dialoq necə olur bəs? Niyə beynəlxalq təşkilatlar bəyanatlar hazırlayanda bu faktlara istinad etmir? Axı bir mənbəyə söykənməklə obyektiv olmaq nə qədər mümkündür? Qərb və Avropa mətbuatı 4 mənbəyə istinadla hazırlanan yazını jurnalistika nümunəsi hesab etdiyi halda, bir mənbənin dediklərini necə həqiqət sayır?

Suallar çoxdur. Yaradılan yeni Platforma bu suallara birdəfəlik cavablar tapılması üçün hər dəfə dialoq masasına oturanda, qarşılıqlı etimadın gücü ilə nəticəyə nail olanda beynəlxalq təşkilatları mütləq məlumatlandırmalıdır. ABŞ-ın dövlət katibi Con Kerri ötən gün deyib ki, sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun ərəfəsində açıq və ictimai dialoqu dəstəkləyirlər. Cənab Kerri, dəstəyinizə ehtiyac yoxdur. Eləcə bilin ki, azərbaycanlının dialoq mədəniyyəti onun genindədir. Yetər ki, bəyanatlarınızda bu fakta diqqət çəkəsiz.

Bir-birimizin davamı olduğumuzu dəqiq bilirik.



Jurnalist Ekspert Mərkəzi

ŞƏRHLƏR
XƏBƏRLƏR
Elçibəy, Hacı Nuran və çarəsiz 'Poni' - Səbuhi Mübarizoğlu yazır - 24 / 06 / 2018 10:51
“Kitab baba”nın 50 yaşı olur - 24 / 06 / 2018 09:57
«Козацтво Запорозьке» поздравил президента Азербайджанской Республики - 24 / 06 / 2018 06:13
Azay Quliyev üçün xüsusi tarix... - 23 / 06 / 2018 13:27
“Diabetə birlikdə qalib gələk” devizi ilə tədbir keçirilib - 23 / 06 / 2018 13:07
Növbəti tədbir Qusar rayonu Gənclər evində keçirilib - 23 / 06 / 2018 10:47
Əli Həsənov: Şuranın yaradılması ilə QHT hərakatına dəstək verildi - 23 / 06 / 2018 10:09
Prezidentin köməkçisi: "Bəzi QHT-lərin xarici donorların təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərməsi təəssüf doğurur" - 23 / 06 / 2018 10:08
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubleyinə həsr olunmuş tədbir keçirilib - 23 / 06 / 2018 10:04
“Tezliklə Azərbaycan Ordusu qələbə paradını Xankəndində keçirəcək” - 23 / 06 / 2018 06:13
Ulu öndər Heydər Əliyevin qoyduğu yolun davamı - 23 / 06 / 2018 05:57
Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib - 22 / 06 / 2018 21:05
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. - 22 / 06 / 2018 09:47
Vəkillər Kollegiyası QHT-lərə Dövlət Dəstəyi Şurasını 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir - 22 / 06 / 2018 08:47
Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub - 22 / 06 / 2018 08:32
Naftalan şəhər 2 saylı tam orta məktəbində layihənin təqdimatı olub - 22 / 06 / 2018 06:32
Nazir Türkiyədə səfərdə olmuş Qazilərimiz ilə görüşüb - 21 / 06 / 2018 20:18
QHT Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib - 20 / 06 / 2018 13:39
Şuranın dəstəyilə xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlər təşkil olunub - 20 / 06 / 2018 07:05
Layihə çərçivəsində tibbi-psixoloji təlim keçirilib - 20 / 06 / 2018 06:49
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib - 19 / 06 / 2018 06:31
"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib - 18 / 06 / 2018 19:55
Anfisa Zinyeddin: “Erkən yaşda alilələrin qurulması, uşaqların, təhsildən yayınması, uşaqların əməyə cəlb olunması, usaqlara qarsı zorakılıq edilməsi, usaq hüquqlarının pozulması deməkdir” - 18 / 06 / 2018 06:37
Şuranın dəstəyi ilə “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin verlişlərinin cəklişləri və yayinlanmasina başlanılıb - 18 / 06 / 2018 06:24
Poeziya dəqiqələri: Müəllif və ifaçı QHT sədri - 17 / 06 / 2018 15:37
“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub - 16 / 06 / 2018 10:43
Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub - 16 / 06 / 2018 07:19
QHT sədrinə ağır itki üz verib - 16 / 06 / 2018 06:45
ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi –"ShushaPost" - 15 / 06 / 2018 19:46
Ramazan bayramı münasibəti ilə tədbir keçirilib - 15 / 06 / 2018 19:37