Xəbərlər 30.01.2023 19:49 2091

Təcrübəsiz oğru rütbəli əsgər çıxdı - ÖZƏL

Məlum olub ki, Tailandda zərgərdən qızıl boyunbağı oğurlamağa cəhd edən şəxs Tailand Hərbi Dəniz Qüvvələrində çavuş olub.

QHT.az xəbər verir ki, Taylandın Nonthaburi əyalətindəki bir ticarət mərkəzində baş verən hadisədə zərgərlik mağazasına gələrək qızıl boyunbağı axtarmağa başlayan şəxs ani bir hərəkətlə boyunbağını götürərək qaçmağa çalışıb.

Zərgərin satıcısı son anda boyunbağının əlindən alanda səndələyən kişi arxaya yıxılıb.

Daha sonra səndələyərək ayağa qalxaraq qaçmağa başlayan naşı oğru hələ ticarət mərkəzindən çıxmamış hadisə zamanı ticarət mərkəzində olan polis əməkdaşı tərəfindən tutularaq zərərsizləşdirilib.

Hadisə yerinə gələn polis qrupları tərəfindən nəzarətə alınan 40 yaşlı Suphan Insawang adlı şəxsin Tayland Aviasiya Qüvvələrində mütəxəssis çavuş olduğu öyrənilib.

İlk ifadəsində günahını etiraf edən İnsawang, qumar borclarına görə nağd pula ehtiyacı olduğunu və buna görə də oğurluğa cəhd etdiyini bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı