Xəbərlər 30.01.2023 20:37 2261

Ukrayna Baş Prokurorluğu rusiyalı iş adamının 870 min dollarının müsadirə edildiyini açıqlayıb - ÖZƏL

Ukrayna Baş Prokurorluğu sanksiyalar altında rusiyalı iş adamına məxsus müəssisənin hesablarında olan 32 milyon qrivnanın (870 min dollar) həbs edildiyini açıqlayıb.

QHT.az xəbər verir ki, bu barədə idarənin Telegram kanalında məlumat verilib.

Hesabatda bildirilir ki, bu müəssisə Ukraynada ən böyük metallurgiya alüminium oksidi və alüminium hidroksid istehsalçısıdır.

Baş Prokurorluğun istinad etdiyi istintaqa görə, 2000-ci ildə bu Ukrayna müəssisəsi "rus oliqarxına" məxsus holdinq tərəfindən özəlləşdirilib.

İş adamının adı açıqlanmır.

Qeyd olunur ki, bundan əvvəl prokurorluğun təqdimatı ilə bu müəssisənin əmlakına, o cümlədən 12 torpaq sahəsinə, dəniz limanı kompleksinə, mənzillərə, inzibati binalara, istehsalat sexlərinə, 46 nəqliyyat vasitəsinə və 240 ədəd xüsusi texnikaya həbs qoyulub.

Departament bildirib ki, müsadirə olunan aktivlərin ümumi dəyəri 1 milyard qrivnanı (27,23 milyon dollar) ötüb.

Bundan əvvəl Ukrayna hakimiyyəti rusiyalı iş adamı Oleq Deripaskanın aktivlərini müsadirə etmək planlarını açıqlamışdı.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı