Xəbərlər 30.01.2023 21:24 1719

Slovakiyada qar uçqunu: 2 nəfər ölüb - ÖZƏL

Slovakiyanın ən yüksək dağlarından biri olan Tatrada baş verən qar uçqunu nəticəsində 2 alpinist qar altında həyatını itirib.
QHT.az xəbər verir ki, Polşa ilə Slovakiya arasında yerləşən Tatra dağ silsiləsinin Slovakiya hissəsində qar uçqunu baş verib. Dolina vadisinin Grosza şəlaləsi hissəsində baş verən uçqun fəlakətində 3 polşalı alpinist uçqun altında qalıb.

Qar altında qalan alpinistlərdən biri özbaşına çölə çıxa bilib və Slovakiyanın Horska Zachranna Sluzba dağ-xilasetmə bölməsindən kömək istəyib.

Qısa müddətdə müəyyən edilmiş yerə çatan xilasetmə qrupları itkin düşən iki alpinistin yerini detektorlarla müəyyən edib.

Uzun müddət qar kürəyi ilə məşğul olan Slovakiya rəsmiləri 2 alpinistin cansız bədəninə çatıb. Sözügedən şəxslərin təcrübəli alpinistlər olduğu bildirilib və Slovakiya polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı