Xəbərlər 31.01.2023 11:45 1582

Blinkendən İsraildə "ikili dövlət" həlli - ÖZƏL

ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərq turunun ilk dayanacağı Misirdən sonra dünən İsraildə olub.
QHT.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşən Blinken, İrana qarşı birgə mübarizə mesajı verib və Fələstin məsələsinin iki dövlətli həllini vurğulayıb. “Birləşmiş Ştatlar Fələstin probleminin iki dövlətli həlli vizyonuna sadiq qalır. Bizi bu baxışdan uzaqlaşdıran istənilən addım İsrailin təhlükəsizliyinə və uzunmüddətli hədəfinə yəhudi demokratiyası ölkəsi olmaq kimi zərər verəcək” deyən Blinken, iki ölkənin İranın nüvə silahı əldə etməməsi mövzusunda həmfikir olduğunu vurğuladı. İsrailin baş naziri Benyamin Netanyahu deyib: “İsrailin siyasəti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlindən gələni etməkdir”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı