Xəbərlər 31.01.2023 12:17 1029

Bu ildən iş adamları bir sıra vergilərdən azad ediliblər - İQTİSADİ REALLIQ

Azərbaycanla Misir Ərəb Respublikası arasında iqtisadi münasibətlər keyfiyyətcə yeni mərhələyə keçir. İndiyə kimi turizm və ticarətin aparıcı olduğu bu münasibətlərdə drayver rolu emal sektoruna keçir.

 

Əslində, Azərbaycan Respublikası iqtisadi əlaqələr hələ müstəqillikdən əvvəl 1970-ci illərdə başlayıb. O vaxt Azərbaycanın rəhbəri olmuş ulu öndər Heydər Əliyev Misirə səfər etmişdi və iki ölkə arasında geniş iqtisadi münasibətlərin əsası qoyulmuşdu. Həmin səfərdən sonra çox sayda azərbaycanlı mütəxəssis Misir iqtisadiyyatının bir çox sahələrində, o cümlədən məşhur Asuan Su Elektrik Stansiyasında işlə təmin edilmişdilər.

 

Müstəqillikdən sonra 1994-cü ildə Misirə səfər edən ulu öndər iki ölkə arasında rəsmi əlaqələrin əsasını qoyub. 2007-ci il may ayında Prezident İlham Əliyevin Qahirəyə rəsmi səfəri zamanı imzalanmış sənədlər bu əlaqələrin dərinləşməsinə nail olub.

 

Bu illər ərzində iki ölkə arasında ticarət dövriyyəsi ildən ilə artıb və hazırda on milyon dolarlarla ölçülür. Hazırda Azərbaycanda Misir investisiyalı 51 şirkət fəaliyyət göstərir. Bu şirkətlər turizm, ticarət, mədəniyyət və səhiyyə sahələrində fəaliyyət göstərirlər. 2022-ci ildə Misirdən Azərbaycana idxal 13,6 milyon dollar, Azərbaycandan Misirə ixrac isə 2,6 milyon dollar təşkil edib.

 

Yaxın perspektivdə bu münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi və Misir şirkətlərinin Azərbaycanın emal sənayesində yaxından iştirak etməsi gözlənilir. Bu barədə Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşü zamanı da vurğulanıb. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Misir sahibkarlarını Azərbaycan iqtisadiyyatında iştiraka səsləyib.

 

426 milyard dollara yaxın ümumi daxili məhsul göstəricisi ilə Misir Afrika qitəsinin 3-cü ölkəsidir. Lakin bununla belə, əksər ekspertlər Misiri Afrikanın ən güclü və dayanıqlı iqtisadiyyatı sayırlar. Çünki siyahının ilk iki ölkəsi - Nigeriyanın və Cənubi Afrika Respublikasının iqtisadi gücü faydalı qazıntılara, uyğun olaraq neftə və almaza əsaslanır.

 

Amma Misir çox şaxəli iqtisadiyyata malikdir - burada neft və qaz sənayesi ilə yanaşı, güclü turizm, inkişaf etmiş aqrar sektor və çoxşaxəli emal sənayesi mövcuddur. Bu ölkə xüsusilə inkişaf etmiş əczaçılıq sektoruna malikdir. Misir özünə lazım olan dərman preparatlarının 85 faizini yerli müəssisələrdə istehsal edir.

 

Hazırda qalan 15 faiz dərman preparatının da yerli istehsalının təşkili üzərində iş gedir. Bu ölkə dərman istehsalı beynəlxalq oyunçuya çevrilmək niyyətindədir. Buna görə, başqa ölkələrə dərman istehsalı üzrə ciddi sərmayələr yatırmağı planlaşdırır. Azərbaycan bu imkandan geniş istifadə etməlidir.

 

Bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər çərçivəsində iş adamları üçün geniş güzəştlər nəzərdə tutulur. Ölkədə maddi məhsullar istehsalının artımına ünvanlanmış bu güzəştlərin tətbiqində əsas məqsəd ərzaq istehsalına, xidmət və emal sahələrinə investisiya cəlbinin artırılması olub.

 

QHT.az  bildirir ki,  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin şöbə rəisi Elnur Yusifov REAL-a bildirib ki, Vergi Məcəlləsinə bu istiqamətdə edilmiş dəyişikliklərin bir qismi işğaldan azad edilmiş əraziləri əhatə edir.

 

Bu güzəştlər işğaldan azad edilmiş ərazilərdə istehsal və xidmət sahələrinin qurulmasına ciddi dəstək verəcək. Çünki bölgənin ərazi quruluşu və turizm potensialı böyük ümidlər vəd edir.

 

Amma azad edilmiş ərazilərin aqrar emal sektoru da güzəştlərdən kənarda qalmayacaq. Bu sektorun istehsalçıları bu ilin əvvəlindən bütün ölkənin aqrar sektoru üçün nəzərdə tutulan güzəştlərdən yararlana biləcəklər.

 

Vergi Məcəlləsinə edilən bu dəyişikliklər idxalın yerli istehsalla əvəzlənməsinə, yerli istehsalda maya dəyərini təşkil edən sabit xərclərin azaldılmasına səbəb olacaq. Eyni zamanda, aqrar emal müəssisələrinin fəaliyyətinə investisiya cəlbi artacaq.

 

Bu isə son nəticədə, ərzaq bolluğuna və ölkənin strateci ərzaq məhsulları üzrə özünütəminat səviyyəsinin artmasına gətirəcək. Nəticədə, ucuz və keyfiyyətli yerli məhsullar bazarda aparıcı mövqeyə çıxacaq. Bundan isə həm istehsalçı, həm də istehlakçı qazanacaq.Azərbaycanda əmlakın ilkin qeydiyyat proseduru bütünlüklə elektronlaşdırılacaq. Bu, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri tərəfindən təqdim edilən «Biznesin yerləşdiyi yer, əmlakın qeydiyyatı və icarəsi indikatoru» üzrə yol xəritəsində nəzərdə tutulub.

 

Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsinin idarə heyətinin sədri Nigar Alimova bildirib ki, 2023-cü ildə həyata keçirilməsi nəzərdə tutulan yol xəritəsi Dünya Bankı Qrupunun «Əlverişli biznes» layihəsi çərçivəsində gerçəkləşdiriləcək.

 

Vətəndaşlar artıq bu xidmətləri dövlət orqanlarına getmədən əldə edə biləcəklər. Əmlakın ilkin qeydiyyat sənədini yaşadıqları və ya işlədikləri yerdən istənilən internet çıxışı olan avadanlıqla çox rahatlıqla ala biləcəklər. Yəni bu sahədə məmur - müştəri təması bütünlüklə aradan qaldırılacaq.

 

Azərbaycanda texniki və texnoloji ixtisaslar üzrə təhsil alan tələbələrin sayı qat-qat artırılmalıdır. 4-cü Sənaye inqilabına keçidə qədəm qoymuş ölkənin hədəflədiyi iqtisadi gələcək bunu tələb edir.

 

Davos İqtisadi Forumunda müəyyən edilmiş və yaxın perspektiv üçün dünyanın həll etməli olduğu çağırışlar da bunu qaçılmaz edir. Bu çağırışlar dünya ölkələrinin ekstensiv iqtisadi modeldən intensiv iqtisadi modelə keçməsinin vacibliyini ortaya çıxarır.

 

Yəni iqtisadiyyatlar istehsalada elmi və texnoloji yeniliklərin tətbiqini artırmaqla qlobal problemlərin mənfi təsirlərinin qarşısını ala bilərlər. Bu isə, təbii ki, modern biliklərə malik mühəndis kadrların yetişdirilməsini aktuallaşdırır.

 

Amma bu sahədə statistik göstəricilər Azərbaycanın xeyrinə deyil. Ölkəmiz adambaşına düşən mühəndis kadrlarının və bu istiqamətdə hazırlanan tələbələrin sayına görə qabaqcıl iqtisadiyyatlardan bir neçə dəfə geri qalır.

 

Məsələn, 4,34 trilyon dollarlıq ümumi daxili məhsulu ilə Avropanın birinci və dünyanın dördüncü iqtisadiyyatına malik Almaniyada 555 min tələbə dövlət hesabına texniki və texnoloji ixtisaslar üzrə ali təhsil alır. Yəni ölkənin hər min nəfərinə təhsil haqqı ödəmədən mühəndislik oxuyan 6,6 tələbə düşür.

 

Azərbaycanda isə texniki və texnoloji ixtisaslar üzrə dövlət hesabına 18 min tələb oxuyur, yəni min nəfərə düşən uyğun göstərici 1,8-ə bərabərdir. Yəni müvafiq göstəricimiz Almaniya ilə müqayisədə 3,7 dəfə aşağıdır.

Bununla belə, Almaniya son dövrlərdə mühəndis çatışmazlığından ciddi narahatdır. Ölkədə mühəndislərin orta yaşı 45-ə çatır və buna görə də Almaniya xaricdən mühəndislərin cəlbi üzrə ciddi işlər görülür.

 

Göründüyü kimi, Azərbaycanda problem daha dərindir. Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov REAL-a müsahibəsində bildirib ki, Azərbaycanda texniki və texnoloci ixtisaslar üzrə kadrların çatışmazlığı bütün səviyyələrdə hiss edilir.

 

Əslində, ali təhsil alanların sayına görə Azərbaycan düynanın ən qabaqcıl ölkələri ilə eyni sıradadır. Hər il ölkənin orta məktəblərini 84 min şagird bitirir və bunların 46 mini, yəni 55 faizi ali məktəblərə qəbul olunur. Bu, dünyanın 4-cü Sənaye inqilabına keçiddə ən öndə gedən ölkələri Cənubi Koreya və Yaponiyanın göstəricilərinə uyğundur.

 

Lakin göründüyü kimi, ali təhsil müəssisələri kadr ehtiyaclarını düzgün qiymətləndirə bilmirlər. Tələb və təklif arasında ciddi fərq var və iqtisadiyyat inkişaf etdikcə bu fərq daha da artacaq.

 

Yəni təhsil sistemi əmək bazarında dəyişən prioritetləri düzgün qiymətləndirməyi bacarmalıdır. Araşdırmalar göstərir ki, MDB məkanında, o cümlədən Azərbaycanda humanitar sahədə təhsil alan gənc mütəxəssislərin 80 faizi iş tapa bilmir. Bir qayda olaraq, bu ölkələrdə hüquqşünas, psixoloq və iqtisadçı artırqlığı hissə olunur. Mühəndislərin, aqrar texnologiya və tibb mütəxəssilərinin isə çatışmazlığı hiss olunur. Azərbaycanda kadrlarının coğrafi baxımdan da qeyri-bərabər paylanması müşahidə olunur.

 

Yaranmış vəziyyət Azərbaycanda kadr hazırlığı üzrə proqnozlaşdırma aparmağa vadar edir. Çünki artıq neçə illərdir ki, ölkədə əvvəllər heç təsəvvür edilə bilməyən peşələr üzrə kadrlara ehtiyac yaranıb. Məsələn, bu gün aqrar sahədə gen mühəndisliyi üzrə mütəxəssislərə, şəhər əkinçiliyi üzrə aqronomlara və s. ehtiyac var. Bu, təhsil sektorunun daha çevik proqnozlaşdırma aparmağa məcbur edir.

 

Yəni yaxın gələcəkdə mütəmadi təhsil qida və səhər idmanı kimi hər bir sağlam və əməkqabiliyyətli insanın gündəlik həyat tərzinə çevriləcək. Yəni oxumuşlar seçilmiş az saylı ziyalı təbəqə olmaqdan çıxaraq, cəmiyyətdə maddi nemətlər istehsalı ilə məşğul olan çoxluğa çevriləcəklər. Bu isə elmlə istehsalın arasında fərqi silməklə yanaşı, şəhərlə kənd arasında da fərqi yox edəcək.

 

İran Ermənistan iqtisadiyyatına sərmayələrini artırmaqla bu ölkəni Rusiyanın nəzarətindən çıxarmağa çalışır. Tehran İrəvana etdiyi yardımları ilə həm də Azərbaycanın həyata keçirdiyi regional layihələri zəiflətməyə çalışır.

 

İranın ermənipərəst iqtisadi siyasətinin bu iki qoşa xətti Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Tehrana səfərində də özünü aydın biruzə verib. Anna Akopyan Tehranda yerli istehsalçıların məhsullarının təqdim edildiyi beynəlxalq sərgi salonunda olub və belə bir sərgi salonunun Ermənistan məhsulları üçün də açılmasının vacibliyini bildirib.

 

Yəni İran öz bazarlarını Ermənistan məhsulları üçün açmağa çalışır və bu məhsulların istehsalı üçün 100-ə yaxın İran şirkəti Ermənistana sərmayə yatırmağı planlaşıdır. Artıq bu şirkətlər üçün İrəvanda sahəsi 18 min kvadrat metr olan sərgi mərkəzi tikilir və İran dövləti bunun üçün 5 milyon dollar vəsait ayırıb.

 

İrəvan ətrafında İran kapitalı ilə tikilmiş iki metal əritmə zavodu işə başlayıb. Bu zavodlarda Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərindən gətirilmiş filizlər emal edilir. Yəni Tehranın bu sərmayələri birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı sərf edilib.

 

Bir növ Tehran Ermənistana dəstək verməklə Azərbaycana qarşı iqtisadi müharibə aparır. Bu müharibənin başqa bir elementi Ermənistan ərazisində tikintisi planlaşdırılan Şimal - Cənub avtomobil yolunun inşasına İrandan verilən dəstəkdir.

 

Uzunluğu 556 kilometr olan bu yola 4 milyard dollar sərmayə yatırılması düşünülür. Həmin vəsaitin xərclənməsindən sonra İrandan gələn yük avtomobillərinin Gürcüstan sərhədinə çatdırılması 5 saata enəcək, hazırda avtomobillər bu yolu 11 saata gedirlər. Ona görə də İrandan gələn yük avtomobilləri Gürcüstana və ya Rusiyaya getmək üçün Azərbaycan ərazisindən istifadə edirlər.

 

İrəvanın layihəsinə dəstək verən İran bu avtomobillərin yönünü Ermənistana salmaq, tranzit pullarının Azərbaycana ödənməsinə mane olmaq istəyir. Yəni bir növ Rusiya və Azərbaycanın birgə həyata keçirdiyi Şimal - Cənub nəqliyyat dəhlizini rentabelsiz layihə kimi bələkdə boğmaq istəyir. 

 

2005-ci ildən əsası qoyulmuş Şimal - Cənub nəqliyyat dəhlizinin tamamlayıcı hissəsi olan Astara - Rəşt dəmir yolunun tikintisinin ləngidilməsi də bununla bağlıdır. Özü də, İran bu dəmir yoluna İran pul yatırmır, Azərbaycan layihəyə 0,5 milyard dollar, Rusiya isə 1,5 milyard dollar vəsait ayırıb. Amma bununla belə, düzənlik və rahat ərazidən keçən bu dəmir yolunun 2030-cu ildən tez istifadəyə veriləcəyinə inam yoxdur.

 

İranın Ermənistanda Rusiyanın maraqlarına qarşı getməsi təkcə Şimal - Cənub nəqliyyat dəhlizi ilə məhdudlaşmır. Bu, təbii qaz və elektrik enercisi sahələrini də əhatə edir. 2022-ci ildən başlayaraq Ermənistan İrandan aldığı təbii qazın həcmini iki dəfə artırıb və ildə 400 milyon kubmetrə 800 milyon kubmetrə qaldırıb.

 

Bunun üçün İran Ermənistana çox əlverişli paket təklif edir - 1 kubmetr qazın əvəzinə barter yolu ilə 3 KiloVattSaat elektrik enerjisi alır. Yəni Ermənistan 800 milyon kubmetr qaza valyuta xərcləməyib və ən azı 200 milyon dollara qənaət edib. Əvəzində, Rusiyanın «Qazprom» şirkəti bu bazarın 30 faizindən çoxunu İrana verməli olub.

 

Yaxın illərdə bu sxemin İranın xeyrinə dəyişicəyi gözlənilir. Bu, Ermənistanla İran arasında ticarət dövriyyəsinin artmasına xidmət edəəck. 2021-ci ildə bu göstərici 500 milyon dollar olmuşdusa, 2022-ci ildə 700 milyon dollara yaxınlaşıb.

 

Amma İran bununla kifayətlənmək istəmir və yaxın illərdə bu göstəricini 3 milyard dollara çatdırmaq istəyir. Tehranın bu istəyinin arxa planında Ermənistana silah satışı da dayanır ki, bu da birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib. Erməni revanşistlər bu silahların və Tehranın verdiyi maliyyə dəstəyinin hesabına yenidən ərazilərimizə müdaxilə etməyi planlaşdırırlar ki, Bakı heç vaxt bunu nəzərdən qaçırmamalıdır.

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı