Xəbərlər 31.01.2023 13:34 1327

Pakistanda məscidə hücum nəticəsində ölənlərin sayı 90-a çatıb - YENILƏNDİ

Pakistanın Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində polisin yerləşdiyi məscidə intiharçı hücumu nəticəsində həyatını itirənlərin sayı 90-a çatıb. Bu gün şəhərdə matəm elan edildiyi üçün bayraqlar yarıya qədər endirilib.

QHT.az xəbər verir ki, ötən gün Pakistanın Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində polisin yerləşdiyi məscidə intiharçı hücumu ilə bağlı balans getdikcə ağırlaşır.

Lady Reading Xəstəxanasının (LRH) sözçüsü Məhəmməd Asımın verdiyi açıqlamaya görə, hücumdan sonra ölənlərin sayı 90-a yüksəlib.

Hücumda həyatını itirən polis məmurları üçün gecə və səhər kütləvi dəfn mərasimi keçirilib. Məsciddəki hücumdan sonra başlayan axtarış-xilasetmə işləri davam edərkən, bu gün bölgədə matəm elan edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı