Xəbərlər 31.01.2023 14:18 1732

Bolsonaro ABŞ-a turist vizası üçün müraciət edib - ÖZƏL

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ABŞ-da qalmaq üçün 6 aylıq turist vizası üçün müraciət edib.
QHT.az xəbər verir ki, ötən il oktyabrın 30-da Braziliyada keçirilən prezident seçkilərində uduzaraq ötən ilin dekabrında ABŞ-a gələn keçmiş prezident Jair Bolsonaro ölkədə qalmaq üçün 6 aylıq turist vizası üçün müraciət edib.

Bolsonaronun vəkili Felipe Alexandre, Bolsonaronun müraciət müddəti boyunca ABŞ-da qalacağını söylədi və əlavə etdi: "Növbəti qərar verməzdən əvvəl bir müddət istirahət etmək, başını təmizləmək və bir neçə ay ABŞ-da turist olmaqdan həzz almaq istəyirəm "

Digər tərəfdən ABŞ Dövlət Departamenti viza qeydlərinin ABŞ qanunlarına görə məxfi saxlanıldığını və nazirliyin şəxsi viza qeydlərinin təfərrüatlarını paylaşmayacağını açıqlayıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı