Xəbərlər 31.01.2023 17:47 2644

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndə heyəti BDU-nun Hüquq fakültəsində olub

Hüquq fakültəsinin dekanı Zaur Əliyev yanvarın 31-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Hüquq şöbəsinin müdiri İvan Çarnetski və qurumun digər əməkdaşları ilə görüşüb.

 

QHT.az  E-huquq.az-a istinadən  xəbər verir ki, Z.Əliyev fakültənin beynəlxalq əlaqələri haqqında danışaraq, ümumilikdə hüquq, o cümlədən insan hüquqlarının tədrisi sahəsində BMT-nin müxtəlif strukturları, əsasən də İnsan Hüquqları üzrə Ali Komissarlıqla olan sıx əməkdaşlıq barədə ətraflı məlumat verib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan əraziləri azad etdiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtdığını qeyd edən dekan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzura səfərlərinin işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

 

Azərbaycan Respublikası vətəndaş cəmiyyəti nümayəndələri və qeyri-hökumət təşkilatları fəalları tərəfindən təbii sərvətlərin talanması və ətraf mühitin çirkləndirilməsinə qarşı Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyada Hüquq fakültəsinin də iştirak etdiyini BMT nümayəndələrinin diqqətinə çatdıran dekan Ermənistan tərəfindən işğal dövründə şəhər, rayon, qəsəbə və kəndlərimizin yerlə-yeksan edilməsi, tarixi, dini, mədəni abidələrimizin dağıdılması, təbii sərvətlərin talan edilməsi və qanunsuz istismarına görə kompensasiyanın ödənilməsinin zəruriliyini qeyd edib.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi İvan Çarnetski Hüquq fakültəsinin fəaliyyətini, o cümlədən hüquqi tədris sahəsində BMT ilə əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirərək genişmiqyaslı və müntəzəm əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Görüşdə Hüquq fakültəsi ilə əməkdaşlıq çərçivəsində tələbələrə yaradıla biləcək imkanlar, tədris prosesinə töhfə verə biləcək təlimlərin təşkili və tələbələrin BMT-nin müvafiq strukturunda istehsalat təcrübəsi keçmək imkanları müzakirə edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı