Xəbərlər 22.02.2023 20:57 4042

Masallı idmançıları MMA döyüşlərində 3 medala sahib olublar

Masallı idmançıları MMA döyüşlərində 3 medala sahib olublar

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası və Shoot Boxe Azərbaycan Döyüş Liqasının təşkilatçılığı ilə 26 Fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş yeniyetmə və böyüklər arasında qaydasız döyüş (MMA və Qrapplinq) üzrə Respublika turniri keçirilib.
Paytaxt Bakı ilə yanaşı, respublikanın şəhər və rayonlarından 200-ə yaxın güclü döyüş ustalarının iştirak etdiyi yarışlarda Masallı idmançıları uğurlu nəticə göstəriblər. Üç nəfərlik heyətlə təmsil olunan Masallı Fiqth Klubunun hər üç yetirməsi turnirin mükafatına sahiblənib.  
Maraqlı və gərgin mübarizə şəraitində keçən MMA döyüşlərinin yekun nəticələrinə əsasən Masallı idmançılarından Mirhüseyn Bağırov (38 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyyub Kərimov (63 kq) ikinci, Sübhan Hüseynli (27 kq) isə üçüncü yerə layiq görülüb.
Qalib döyüşçülər müvafiq dərəcəli medal və diplomlarla mükafatlanıblar.
Həmçinin Masallı Fiqth Klubunun (M.F.C MMA) rəhbəri Rəmzi Bağırov MMA əlbəyaxa döyüş növünün inkişafındakı xidmətinə görə aidiyyəti federasiya rəhbərliyi tərəfindən diplomla təltif edilib.   
Məlumat üçün bildirək ki, turnirin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, uşaq, yeniyetmə və gənclər arasında döyüş idman növlərinin kütləviliyinin artırılması, onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də zərərli vərdişlərdən yayındırılmasıdır.

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü. 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı