Xəbərlər 19.03.2023 22:28 2354

Çempionluğun bir addımlığında…

Masallı pəhləvanı Avropa ikincisidir

 

Rumuniyanın paytaxtı Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı (13-19 mart ) keçirilib.
Gənclərdən ibarət millimizin üzvü, Masallı pəhləvanı Babazadə Rəşid Cavid oğlu (65 kq) qitə birinciliyinin gümüş medalına sahiblənib.
Pəhləvanımız startda moldovalı rəqibinə 11:2, gürcüstanlı güləşçiyə 7:6 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Türkiyə idmançısı (11:8) üzərində də qələbə çalan Rəşid finala yüksəlməyə müvəffəq olub. Həlledici görüşdə Fransa təmsilçisi ilə üz-üzə gəlsə də, yarımfinal görüşündə aldığı zədə həmyerlimizə güləşməyə imkan verməyib. 
Məlumat üçün bildirək ki, Rəşid Babazadə Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman-Məktəbinin məşqçi-müəllimi Təhmasib İsayevin yetirməsidir. 

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı