“İctimai vəkillik təşəbbüslərinin artırılması” mövzusunda təlim keçiriləcək
Bakıda Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün növbəti təlim keçiriləcək.
Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) “İctimai vəkillik təşəbbüslərinin artırılması” mövzusunda təlim keçiriləcək. Təlimdə iştirakçılar problemlərin təhlili, strategiyanın hazırlanması, hədəf auditoriyaların müəyyənləşdirilməsi və vəkilliyin təməl məqsədlərinin inkişafı daxil olmaqla ictimai vəkillik yanaşmalarına ümumi baxış öyrənəcəklər.
Tədbir sonunda təlim iştirakçıları sertifikatla təltif olunacaq.
Təlimdə iştirak etmək istəyən Vətəndaş Cəmiyyəti Təşkilatlarının nümayəndələri aşağıdaki qeydiyyat linkinə daxil olaraq 14 aprel 2023-cü il saat 18:00 tarixinə qədər qeydiyyatdan keçmələri xahiş olunur.
Qeydiyyat linki: https://forms.gle/8FcXdRhVPGvZsFQs5
#MGC #Consulting #MMC #ECSOFT #TƏLİM #QHT