Xəbərlər 28.03.2023 20:29 1834

Məcburi köçkün icmalarında ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində 13 - 17 mart 2023-cü il tarixləri ərzində Yevlax və Goranboy rayonları üzrə 7 məcburi köçkün icmasında 7 ilkin araşdırma və məlumatlandırma görüşləri keçirilib (iştirakçıların sayı: 135 nəfər, o cümlədən: 76 kişi, 69 qadın, 25 gənc).

Görüşlərdə icra edilən layihə barədə icma üzvlərinə ətraflı məlumatlar verilib, müvafiq məlumatlar toplanılıb və əməkdaşlıq imkanları müzakirə edilib.
Cari ilin fevral ayından icra edilən “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin başlıca məqsədi məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli qayıdışına töhfə vermək və münaqişədən təsirlənmiş əhalinin normal həyatının bərpa olunmasıdır. 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı