Xəbərlər 02.05.2023 10:21 2164

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etmişlər

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil etmişdir.

Yürüş iştirakçıları relyef və iqlim şəraitinin sərt və mürəkkəb olmasına baxmayaraq, müəyyən olunmuş yerə vaxtında çatmış, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anmışlar. Onlar Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin adı və emblemi olan plakatı, həmçinin işğaldan azad olunmuş ərazilərdəki təbii yataqlardan götürülən qaya parçasından hazırlanmış və üzərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü əks etdirən xatirə daş lövhəsini zirvəyə yerləşdirmişlər

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı