Layihə çərçivəsində tədbirlər keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, işgəncələrə və qeyri-insani rəftara yol verilməməsi məqsədilə gender və insan haqları qanunvericiliyinin hüquq-mühafizə orqanlarının işçiləri arasında təbliği və əməkdaşlarının maarifləndirilməsi" layihəsi çərçivəsində 21-25 May tarixlərində Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara rayonlarında təlimlər keçirildi. Layihənin məqsədi regionlarda dövlət orqanlarında, bələdiyyələrdə qadınlara qarşı münasibətin mədəni səviyyəsinin yüksəldilməsi və kişi cinsinə mənsub olan əməkdaşların öz qadın həmkarlarına və fəaliyyətlərinin yönəldiyi qadın vətəndaşlara münasibətdə insan hüquqları və gender qanunvericiliyinin tələblərinə maksimum dərəcədə yüksək əməl edilməsinə nail olmaqdır. Bu məqsədlə dövlət, özəl və ictimai sektorda çalışan insanların iştirakı ilə təlimlər keçirildi. Təlimçi təcrübəli mütəxəssis, hüquqşünas Mobil Vəkiloğlu olmuşdur. Təlim iştirakçıları ilk olaraq “gender bərabərliyi” anlayışı haqqında, daha sonra isə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun müddəaları haqqında məlumatlandırılıb.