Xəbərlər 08.06.2023 17:43 2369

“Ermənistan heç bir Beynəlxalq Konvensiyalara əməl etmir”- MİLLİ QHT FORUMUNUN PREZİDENTİ

“Ermənistan Espo Konvensiyasına görə bütün həyata keçirilən layihələr Konvensiyanın tələblərinə uyğun həyta keçirilməlidir. Bundan ötrü əhalinin sağlamlığına, təbiətə, ekologiyaya hər hansı bir formada zərəri, ziyanı varsa, deməli bu yolverilməzdir”. Bu sözləri QHT.az-a açıqlamasında Milli QHT Forumunun Prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, 25 QHT bu layihənin həyata keçirilməsini həmin Konvensiyaya zidd hesab edir və Ermənistan heç bir qaydalara, Beynəlxalq Konvensiyalara əməl etmir: “30 il işğalçılıq müddətində biz bunun şahidi olduq. Biz Beynəlxalq təşkilatlardan, aidiyyəti qrumlardan, ABŞ və Britaniyadan, Səfirliklərdən, BMT başda olmaqla, Beynəlxalq Təşkilatlardan tələb edirik ki, Ermənistan bu Konvensiyanın şərtlərinə, tələblərinə uyğun hərəkət etməsini təmin etsinlər. Əks halda ictimaiyyət bu layihənin həyata keçirilməsinə qəti öz etirazını bildirir”.

Rauf Zeyni həmçinin qeyd edib ki, hələ ki, bizim etirazlarımıza müsbət reaksiya verən yoxdur: “Ümid edirik ki, regionda sülhün, stabilliyin təmin olunacağı bir zamanda sülh sazişi imzalanacaqsa, tərəflər arasında kominikasiyalar açılacaqsa, ekoloji sabitlik, tarazılıq da vacib məslələrdən biridir. Hər hansı bir zavodun, fabrikin, tikilməsi mütləq Beynəlxalq Konvensiyalara uyğun olaraq tərəflərlə razılaşdırılmalıdır, ekologiyaya heç bir mənfi təsiri olmamalı, təhlükə yaratmamalıdır. Əgər yaradırsa tikilməsi qadağan olunmalıdır. Biz QHT-lər çox haqlı olaraq ekoloji terrora son qoyulması üçün dünya ictimaiyyətinə çağırış edirik”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı