Xəbərlər 09.06.2023 23:13 4318

“Ət bir dəfə donu açılıb bişirilməlidir, təkrarən dondurulmaya məruz qoyulmamalıdır!”- AÇIQLAMA

Yay aylarında yemək otaq temperaturunda 1 saatdan artıq qalmamalıdır!

 

Yay aylarında zülal tərkibli yumurta, heyvan mənşəli qidalar, ət, balıq, toyuq və digər quş ətlərindən istifadə edilməsi tövsiyyə olunur. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq ekspert Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib ki, hədindən artıq qızardılmış qidalar yay aylarında zərərli qida kimi hesab olunur: “Salatlar, tərəvəzlərin buxarda bişirilməsi, manqalda bişirilən ətlərə üstünlük versinlər. Burada da sanitar-gigiyena qaydaların əməl etmək lazımdır ki, hər hansı bakteriya insan orqanizminə yoluxmasın”.

Ekspert yay aylarında əsəs zəhərlənmə səbəblərinə də toxundu. Onun sözlərinə görə yeməklərin təzə bişirilməsinə diqqət edilməlidir: “Yay ayarında temperatur yüksək olduğu üçün istənilən bişirilən yemək otaq temperaturunda 1 saatdan artıq qalsa belə onun tərkibində kimyəvi, fiziki, bioloji, mikrobioloji çirklənmələr baş verir. Bu qidanı qəbul etdikdə qida zəhərlənməsinə səbəb olur. Göbələkləri bilmədikləri yerdən, açıq havadan, meşədən toplanması tövsiyyə olunmur. Çünki göbələklərin içərisində zəhərli olan və olmayanları var. Bəzən “rəngli göbələklər zəhərlidir” desələr də yeyilə bilən göbələklərə bənzər göbələklər də var ki, onlar insan üçün təhlükə törədə bilər. Hər bir insan qida alergiyasının olub, olmamasını dəqiq bilməlidir. Göbələkdən istifadə edəcəklərsə mənşəyi məlum olan, marketlərdə, bazarlarda sərin yerdə, doğru şəkildə saxlanılan qidaları alsınlar. Bu yüksək risk qrupuna aid olan ətlərə də aiddir. Ət də uzun müddət açıq havada qalmalı deyil. Bir dəfə donu açılıb bişirilməlidir. Təkrarən dondurulmaya məruz qoyulmamalıdır!”.

Meyvə və tərəvəzlərin yuyulmadan qəbul olunması da zəhərlənmələrə səbəb olan amillərdəndir. Məhsəti Hüseynova onu da qeyd edib ki, marketlərdən alınan polietilen paketlərdə məhsullar yaxın məsafələrə daşınma üçün nəzərdə tutulur: “Eynilə də plastik butulkalarda sular uzun müddət qaldıqda həmin polietilen torbaların və plastik butulkaların tərkibindəki maddələr qida məhsulu ilə reaksiyaya girir. Bu zaman bisfonal A maddəsinin qidaya yoluxmasına səbəb olur. Xərçəng yaradan hüceyrələr aktivləşir, xroniki xəstəlikləri olan insanlarda təhlükəli xəstəliklər yaranır. Diqqətli olaq!”

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı