PDF-in atası John Warnock vəfat etdi
Dünya üzrə milyonlarla istifadəçinin kompüterlərində olan PDF faylının atası Con Uornok dünyasını dəyişib. Texnologiya sənayesini dəyişdirən Adobe şirkətinin yaradıcılarından biri olan Uornokun 82 yaşı var idi.
QHT.az xəbər verir ki, Warnock-un işi yayımdan tutmuş video istehsalına qədər bir çox sənayedə inqilab etdi. Öz cəmiyyətinin ən böyük ixtiraçılarından biri hesab edilən Warnock, "masaüstü nəşriyyat" anlayışını həyatımıza daxil edən adlardan biri idi . Yaradıcı texnologiyaya baxışı ilə o, Illustrator, Acrobat, Photoshop, Lightroom, Premiere Pro və After Effects kimi geniş istifadə olunan proqramları həyata keçirdi.
Həyat yoldaşı Marva Warnock və üç övladı ilə birlikdə yaşayan Uornokun ölüm səbəbi hələlik açıqlanmır.
Pərvanə Fərhadqızı