Xəbərlər 01.09.2023 00:09 2305

Yetkinlik yaşına çatmayan məhkumlara hüquqi yardım göstərilir - FOTOLAR

İyul ayından etibarən Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi “Yetkinlik yaşına çatmayan məhkumların sosial-psixoloji reabilitasiyası, hüquqi yardım xidmətlərinin təşkili və cəmiyyətə reinteqrasiya” layihəsini uğurla davam edir.

Birlikdən QHT.az –a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda yetkinlik yaşına çatmayan hüquqpozuntu törətmiş və riskli davranışa meyilli uşaqların sosial-psixoloji reabilitasiyasını və cəmiyyətə, ailələrə reinteqrasiyasını həyata keçirmək, müvafiq dövlət qurumları ilə əməkdaşlıqda riskli ailələrin və uşaqların erkən müəyyən edilməsi, valideynlərlə profilaktik işin aparılması, habelə Probasiya xidməti və Ədliyyə Nazirliyinin Penitensiar xidməti nəzdində Uşaq tərbiyyə Müəssisəsində qeydiyyatda olan uşaqların qiymətləndirilməsi, peşə yönümlü fəaliyyətin, oğlan məhkumların asudə vaxtının təşkilini həyata keçirməkdir. 

Hazırda AFFA tərəfindən ayrılmış xüsusi “İdman məşqçisi”nin dəstəyi ilə uşaqların asudə vaxtı  təşkil edilir, “Peşəyə yiyələnmək üsulları”, “Peşə bilikləri insana nə üçün gərəkdir?”, “Peşə seçimində nəyə diqqət yetirilməlidir?” və s. mövzularda məşqulluq sahəsində təlimçi-ekspert və uşaqlar arasında peşə bacarıqlarının inkişafı üçün qapalı müəssisədə olarkən müxtəlif peşə sahibləri tərəfindən, hazırda “Bərbər” ustası tərəfindən peşəkar praktik dərslərin keçirilməsi, uşaqlara hüquqi yardım və psixoloji dəstək proqramına başlanılıb.

Qeyd edək ki, bu fəaliyyətlər uşaqların öz istəklərinə uyğunlaşdırılmaqla, peşənin nəzəri və praktik istiqamətlərinə yiyələnməklə rəsmi sertifikatla təstiqlənməsi və gələcəkdə ailələrinə və cəmiyyətə qayıtdıqda inkişaflarına müsbət töhfə verəcəkdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı