Xəbərlər 18.09.2023 09:52 969

Bu gün Milli Musiqi günüdür - VİDEO

Bu gün Azərbaycan xalqının dahi oğlu, milli operanın banisi Şuşalı Üzeyir Hacıbəylinin doğum günüdür.

QHT.az xəbər verir ki, musiqimizin xaruqələrini yaradan, Azərbaycan xalqının iftixarı Üzeyir bəy Hacıbəyli 1885-ci ilin bu günü Ağcabədidə anadan olub. Çoxluq onu dahi bəstəkar kimi tanıyır, amma Üzeyir bəy həm də publisist, elmi-bədii düşüncə sahibi, alim, maarifçi, dramaturq, pedaqoq, ictimai və siyasi xadimdir. 22 yaşında “Hesab” kitabı yazıb, 23 yaşında “Türkcə-rusca lüğət” nəşr etdirib, dövri mətbuatda yüzlərlə məqaləsi çap olunub. “İrşad” qəzetində (1922) çalışarkən M.Ə.Rəsulzadə ilə dostlaşıblar, həmişə bir yerdə və məsləkdaş olublar. Bir çox qəzetlərdə eyni vaxtda çalışıblar. Cümhuriyyət dövründə “Azərbaycan” qəzetinə rəhbərlik edib. Müsəlman Şərqinin ilk operası məhz Üzeyir Hacıbəylinin yazdığı “Leyli və Məcnun” operasıdır.

1948-ci il noyabrın 23-də ağır ürək çatışmazlığı səbəi ilə dünyasını dəyişib. Respublikamızda hər il Üzeyir Hacıbəyovun  anadan olduğu gün – 18 sentyabr “Musiqi günü” kimi qeyd edilir. Adını həmişə qürurla və fəxrlə anacağıq. Onun musiqisi yaşayır və əbədi yaşayacaqdır. Ruhu şad olsun!

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı